Page 76 - "Xəzər"
P. 76
ngli saat səhər beşin yarısında çalır, əsgər dərhal oyansa da, başı hələ də qarışıq yuxularla doludur. Bu
yuxuları xatırlamaq xoşuna gəlmir. Göbəyindən uzun ipək sap uzanırdı. Sapı çəkən özü olsa da, heç cür
dayana bilmirdi. Qarnındakı boşluğu hələ də hiss edir. Bu boşluq aclıqdan da betərdir. Sanki ipək sap
ondan dəyərli nəsə aparıb.
Qaranlıqda ora-bura dəyə-dəyə furqonda var-gəl edir. İşıqdan istifadə etməyi xoşlamır. Keçən gecə də
istifadə etməmişdi, qaranlıqda daha xoşbəxtdir. O, içində həşəratqovucu maye olan şüşəni dağıtsa da,
yanında qəhvə tapır, alışqanı ilə primusu yandırır.
İstəsə çölə çıxıb birbaşa artezian quyusundan qaynar su götürə bilərdi, amma qaynatmaq daha çox xoşuna
gəlirdi. Su qaynadıqca, adətən, dəbdəbəli otel otağındakı kimi, səssiz və kəsif havalı furqonda astadan şən
bir səs eşidilir.
Primusun sayrışan mavi alovu üzündəki çopurlara işıq salır. Əsgər titrək güzgüdə ay səthinin “Life”
jurnalında dərc olunan fotosuna bənzəyən əksini görür. Sifəti ona yad və qəribə görünür. O, toxunub hiss
etmək üçün yox, güzgüdə əksini görməmək üçün əlləri ilə üzünü ovxalayır.
Qəhvə hazırdır. O, qəhvə soyuyana qədər əynini geyinir. Nədənsə, parad formasını geyinir. “Elə-belə,
dəyişiklik üçün”, – öz-özünə deyir. Düşərgə çantasına lap altdan yerləşdirildiyindən, uniforma təmiz və
ütülüdür. Texas ştatının Dallas şəhərində ütülənib və hələ də amerikan nişastasının və böyük qaynar
camaşırxanaların avtomatik ütülərinin təmiz buxarının iyi duyulur. Səhranın ortasında bu qoxu ani
fotoşəkil kimidir, əynini geydikcə xəfifcə gülümsəyir.
Əsgər yolun ortasında dayanıb. Hələ də soyuqdur. O, üfüqə tərəf baxa-baxa ayaqlarını növbə ilə qaldırıb
endirir. Ulduzlardan başqa heç nə görə bilmir. Ona tanış olmayan ulduzlar. Heç vaxt onları yadında
saxlaya bilmirdi, ayı bürcünü, buğa bürcünü tanımırdı, bunu bilmədiyinə görə də heç vaxt korluq
çəkməmişdi.
O, yolun ortasında dayanıb, başını yavaşca oyana-buyana çevirib güclə nəzərə çarpan üfüqə diqqətlə
baxır. Gec-tez üfüq aydınlaşacaq, günün istənilən vaxtı ilə müqayisədə daha parlaq olacaq, sanki yerin
qurtaracağında kiçik bir şəhər peyda olacaq – bütün işıqları yanan bir şəhər. Sonra üfüq bir az da
aydınlaşacaq, sonra isti olacaq, o vaxta qədər isə qərb və şərq məsələsi həll edilməli idi.
O, şərqə tərəf dönür. Yolun üstündən iki həftədir “şərq” hesab elədiyi istiqamətə doğru baxır. Ağılsızlıq
edib günəşin qürubuna tamaşa etdiyi günə qədər keçən iki həftə. O, uzun müddət baxır. Əlini belinə
qoyaraq hərəkətsiz dayanıb, sanki əl-ayağı bağlanıb, canına vicvicə düşüb.
Əsgər “azad ol!” əmrindəki kimi ayaqlarını aralayıb qoşa ağ xəttin üstündə dayanıb. Qarşısında kölgə
peyda olanadək yerindən tərpənmir. Öz kölgəsidi, arıq və uzun, qərbdən doğan günəşin yaratdığı yolun
üstündə dartılıb uzanmış kölgə. Aydın səhər səmasına qarşı dayanan yel dəyirmanının siluetinə baxmaq
üçün yavaşca çevrilir.
Bir müddət, bəlkə beş, bəlkə otuz dəqiqə sonra diqqətini kiçik bir təyyarə cəlb edir. O, şimaldan aşağıya
doğru, çox alçaqdan, düz hasarın üstündən uçur. Əsgər başa düşür ki, təyyarə radarla təsbit edilə
bilməyəcək qədər alçaqdan uçur, amma həyəcanlanmır. Böyük ehtimalla, bu, adi müntəzəm
yoxlamalardan biri, hətta təchizat uçuşudur. Təyyarə xətt boyunca “şimal”dakı digər məntəqələrdə də
olub.
Yalnız həddən artıq yaxınlaşdıqdan sonra bunun mülki təyyarə olduğunu başa düşür. O, əsgərin başının
üstündən, furqonun üstündən uçur. Əsgər təyyarənin mülki qeydiyyat nömrəsini görə bilir. O, dövrə
vurub yolun üstündə yerə enmək istəyəndə, əsgər avtomatını götürmək üçün furqona qaçır, ciblərini
patron daraqları ilə doldurur və təyyarə furqondan təxminən 10 yard məsafədə yerə enən zaman bayıra
çıxır.
Bundan sonra olanlara o, sanki kənardan baxır. Sanki özü öz hərəkətlərini müşahidə edir. Bir dəfə
Kaliforniyada təkəri şose yolda partlayanda yol qəzasına düşmüşdü. Avtomobili nəzarətdə saxlamaq üçün
çabalamağına kənardan qorxusuzca, arxayınlıqla necə tamaşa etdiyini hələ də xatırlayır.
76