Page 73 - "Xəzər"
P. 73
iqamətini dəyişmədən göz gördükcə uzanırdı. İstidə hasarın uzaqdakı hissələri sayrışır və dalğalanırdı.
Yalnız alatoran vaxtı həmin hissələr öz yerlərinə qayıdırdı. Əsgərin postundakı aralığı saymasaq, on fut1
(təxminən 30.5 sm-ə bərabər ingilis uzunluq ölçü vahidi – tərc.) hündürlüyündəki elektrik məftilli hasar
aramsız uzanırdı. Bəlkə də yuxarıya doğru iyirmi mil (1.6 m-ə bərabər ingilis uzunluq vahidi – tərc.)
uzaqlıqda, burdakı ilə eyni və ya oxşar başqa bir sərhəd məntəqəsi var idi? Bəlkə də yox idi? Bəlkə də
bura yeganə giriş və çıxış məntəqəsi idi? Heç kim ona heç nə deməmişdi. Sual verməməli olduğundan
ona başqa bir söz deyilməmişdi. Əsgərə qısa təlimat verən zabit yalnız zərurət hesab olunanlar haqqında
danışmışdı. Qərb tərəfdəki ərazi Birləşmiş Ştatlar hesab oluna bilərdi, baxmayaraq ki, faktiki olaraq, belə
deyildi; sərhədin şərq tərəfi Avstraliya sayılmalı idi. Şərq tərəf isə, doğrudan da, Avstraliya idi. Bu
məntəqədən Cənub komandanlığından icazə vərəqi olan, ABŞ hərbi heyəti xaricində heç kim keçə
bilməzdi. Ona köhnə, iki il əvvələ aid icazə vərəqinin fotosurətini vermiş, “Ford” yük avtomobili ilə
sərhədə gətirmişdilər. Vəssalam.
Birləşmiş Ştatlarda heç kim əsgərə sərhəd xətti, onun mövcudluğu haqqında məlumat verməmişdi. Heç
kim ona deməmişdi ki, xətt böyük bir həlqənin hissəsidir, yoxsa dümdüz uzanır; heç kim özünə əziyyət
verib sərhəd xəttinin faktiki uzunluğunu söyləməmişdi. Bəlkə də xətt Avstraliyanın düz ortasından keçir,
şimaldan cənuba ölkəni iki hissəyə ayırır. Hətta belə olsa da, o, sərhəd xəttinin yerini xəritədə göstərə
bilməzdi. O, iki aşpaz, beş cip və müxtəlif ləvazimatlarla Birləşmiş Ştatlardan birbaşa Yellambi bazasına
uçmuşdu. Təyyarə yerə endikdən sonra əsgərə harada olduğu deyilsə də, xəritə verilməmişdi. Kimsə onu
aparmağa gələnə qədər on beş saat gözləməli olmuşdu.
Beləliklə, bildiyi yalnız bu idi ki, bu xətt Avstraliyanın hər hansı hissəsindən keçə bilərdi. Bu, iki paralel
xətt də ola bilərdi, bir-birlərindən otuz mil məsafədə bir neçə yüz xətt də. Hətta ola bilərdi ki, bəzi sərhəd
xətləri digərlərindən daha yaxşıdır. Bütün sərhəd xətləri cingiltili səssizlik içində, küləyin uğuldadığı
səhra boyu uzanmaya bilərdi.
Yol sərhəd xəttini təxminən düz bucaq altında keçirdi. Yolun tam düz bucaq altında keçməməsi iki
həftədə onu nəzərə çarpacaq dərəcədə qıcıqlandırmışdı. Birinci həftə əsgər onu nəyin qıcıqlandırdığını
başa düşə bilməmişdi; sanki ayaqqabısının içində sərt, amma kiçik bir daş parçası ilişib qalmışdı.
Asfalt yolla sərhəd xəttinin kəsişdiyi bucaq tam doxsan dərəcə deyildi. Onun hesablamasına görə,
təxminən səksən yeddi dərəcə idi. Gələn ay çatışmayan bu üç dərəcə onu daha çox təngə gətirəcəkdi.
Yol boyu uzanan qoşa cizginin üstündə dayanan əsgər kiçik qırmızı daşa təpik vurub geriyə – səhraya
atdı. Əsgər furqonun kandarında əyləşib eynəyinin tünd şüşəsindən tozlu mənzərəyə baxır, uzun bədəni
kresloda yırğalanırdı.
Üç həftə əvvəl ona məlumat verilmişdi ki, xüsusi ölçülü konteynerdə şəxsi əşyalarını gətirməyə icazə
veriləcək. Bu məlumatdan sonra qarşıda onu nəyin gözlədiyini dumanlı da olsa, təsəvvür etdi. O, gənc bir
əsgər deyildi, başqa ölkələrdə xidmət etdiyi zamanları xatırlayıb təyin edilmiş ölçülərə uyğun bir kreslo
seçdi. Boş qalan yerə jurnal, detektiv romanlar və İncilin bir nüsxəsini yerləşdirdi. İncil sonradan ağlına
gəlmişdi. Buna təəccüblənsə də, sonradan İncilə nə baxmış, nə də bu haqda düşünmüşdü.
O, əşyalarını konteynerə yerləşdirərkən gec-tez kresloya görə savaşacağını düşünürdü, çünki düşərgəyə
gedəcəyini təsəvvür edirdi. Lakin düşərgəylə yox, sərhəd xəttində tənha bir furqonla qarşılaşdı.
Əsgər Texas ştatının Dallas şəhərində resept əsasında hazırlanmış tünd eynəklərini silib-təmizlədikdən
sonra furqonun içində ayağa qalxır. Həmişəki kimi başı tavana çırpılır. Furqona görə çiyinlərini
həmişəkindən çox qısmalı, başını daha çox qorumalı olurdu. Başı tavana o qədər dəymişdi ki, kəlləsində
köhnə xalı kimi yeyilmiş qırmızı və tüksüz hissə əmələ gəlmişdi.
Amma bu, əsl furqon deyildi, alüminium tabutu xatırladırdı. Ağır silah bazası kimi düzəldilmiş, xüsusi
fırlanqıclı alüminium tabut. Əsgər furqonun nə üçün belə düzəldildiyini anlamasa da, fırlanqıcdan istifadə
edib ön qapının istiqamətini dəyişir, küləkdən qoruyurdu. Mənzərəni dəyişmək, – buna belə deyirdi, –
mənzərəni dəyişmək. Furqonun hara çevrilməsindən asılı olmayaraq, mənzərə dəyişmirdi. Dəyişən yalnız
73