Page 34 - "Xəzər"
P. 34
a arxasında oturmuş kişini bir xeyli pərəstişkarı əhatəyə almışdı. Gi kitabı
vərəqləyib ona tərəf əyildi:
– Mənim üçün yaza bilərsiniz?
Yazıçı başını qaldırdı. Üzünün ifadəsi heç də mehriban sayılmazdı. Xal-xal
kəpənək qalstuk taxmışdı.
– Sizin adınız nədir? – soyuq tərzdə soruşdu. Və onda Gi əsl adını dedi. Mən onu
ilk dəfə eşitdim: Alberto Tsimbalist. Yazıçı qaşqabağını tökdü, sanki bu cingiltili
ad onu şoka salmışdı. Və saymazyana soruşdu: – Hərf-hərf söyləyə bilərsinizmi?
Gi açıq kitabı masanın üstünə qoydu və əlini yazıçının çiyninə endirdi. Elə endirdi
ki, sözün əsl mənasında onu stula yapışdırdı. Yazıçı onun əlinin altında əyilərək,
qorxu içində altdan yuxarı ona baxırdı. Sonra Gi adını hərf-hərf diktə elədi.
Ətrafdakılar onü ürkək nəzərlərlə seyr edirdilər. Bəlli idi ki, onlar yazıçını müdafiə
etmək istəyirdilər, amma Ginin möhkəm bədənini görərək, buna ürək eləmirdilər.
Qısası, müəllif axır ki, kitabı yazası oldu. Onun alnında tər damcıları göründü.
Yaman qorxmuşdu. Gi kitabı götürdü, amma yazıçının çiynindən əlini çəkmədi. O
isə dodaqlarını möhkəm sıxaraq, Giyə nifrətlə baxırdı.
– Əl çəkin məndən, müsyö, – deyə, nəhayət, fısıldadı.
Gi ona mehriban-mehriban gülümsünüb, əlini çəkdi. Yazıçı qalxdı və
nümayişkəranə şəkildə qalstukunu düzəltməyə çalışaraq bizə ilan kimi baxdı. Mən
qorxdum: birdən polis çağırar! Gi kitabın üz qabığındakı adını oxuyub yenə eyni
mehribanlıqla soruşdu:
– Hə, Madeyra necədir, gözəldirmi?
Bilmirəm, sərxoş idi, yoxsa ürəyi elə-belə bulanırdı – onda olurdu hərdən. Bulon
meşəsindəki ilk görüşümüzdə, bəzənib-düzənmiş ailələrin, qaragül mantolu
xanımların arasında olduğu kimi, bu hollda onunla tamamilə tək idik. İndi mənə
onun əsl adı bəlliydi. Amma həqiqətən öz adıydımı bu? Parisdə görüşdüyü
adamların heç biri onu bu adla tanımırdı. Maraqlıdır, neçə yaşına kimi bu adla
34