Page 204 - "Xəzər"
P. 204
iliyi haqqında kitab yazmışdı və milli mükafat almadığına görə şikayətlənirdi.
Onun nazı ilə oynamaq fikrində deyildim. Zəhləm getsə də, çəkinmədən zəng
vurub, təcili onunla görüşməli olduğumu deyərək yola düşdüm. Kitabını tərifləyib,
ümidini boşa çıxarsam da (Lartiqe kitab haqqında danışmağa üstünlük verərdi),
əvvəlcədən hazırladığım sualı verdim:
– Xanter nə vaxtdan Mariya İribarne ilə yaşayır?
Boynumuza almayacağımızı bildiyindən, anam heç vaxt soruşmazdı ki, icazəsiz
alma yemişikmi? Neçə alma yediyimizi soruşardı, özünü də elə aparardı, guya hər
şeydən xəbərdardı, biz isə bu tələyə düşüb adama vur-tut bir alma yediyimizi
deyirdik.
Lartiqe şöhrət düşkünü olduğuna baxmayaraq, heç də axmaq deyildi: sualımda
tələ olduğunu başa düşüb, ondan yan keçməyə üstünlük verdi.
– Bu haqda heç nə bilmirəm.
Və yenə kitabdan və mükafatdan danışmağa başladı.
Nifrətimi saxlaya bilməyib qışqırdım:
– Sənin kitabına necə də ədalətsiz yanaşıblar!
Mən küçəyə qaçdım. Lartiqe axmaq deyil, ancaq onun sözlərinin mənə kifayət
etdiyini başa düşmədi.
Saat üçə az qalmışdı. Mariya artıq Buenos-Ayresə qayıtmış olardı. Ona kafedən
zəng vurdum – evə çatmağa səbrim yoxdu. O, dəstəyi götürəndə dedim:
– Təcili səni görməliyəm.
Mariyanın nədənsə şübhələnib gəlməyəcəyindən qorxaraq, həyəcanımı
gizlətməyə çalışdım. Öz həmişəki yerimizdə – saat beşdə qəbiristanlıqda
görüşməyi vədələşdik.
– Bundan nəsə qazanacağımızı düşünmürəm, – o, qüssəylə dedi.
204