Page 202 - "Xəzər"
P. 202
iz yataqda olanda son dərəcə oxşarlıq məni heyrətə gətirdi: bu rumın qızının
üzündəki ifadəni bir dəfə Mariyada görmüşdüm.
– Fahişə! – hiddətlə qışqırıb, iyrənərək ondan aralandım. – Əlbəttə, o, fahişədi!
Rumın qızı ilan kimi qıvrılıb, qolumu bərk dişlədi. Elə bilmişdi ki, o sözü ona
deyirəm. Onun üstünə qışqıraraq bu saat burdan rədd olmasa, onu it kimi
gəbərdəcəyimi söyləyərək qızı təpikləyə-təpikləyə emalatxanadan qovdum.
Arxasınca xeyli pul atsam da, o, məni söyə-söyə getdi. Bütün insanlara olan
nifrətimdən ürəyim bulanırdı. Sarsılmış halda bir xeyli dayanıb, öz hisslərimdən
baş çıxarmağa çalışdım. Nəhayət, qərara gəldim: hamama girib, vannanı soyuq su
ilə dolduraraq, soyunub suya girdim. Bəzi şeyləri aydınlaşdırmaq istəyirdim və
özümə gələnə qədər vannada qaldım. Tədricən həmişəki mühakimə qabiliyyəti geri
qayıtdı. İstinad nöqtəsi tapdığımı hiss eləyib, daha ayıq başla düşünməyə çalışdım.
Hesabı nədən aparırdım? Cavabında ağlıma dərhal bir neçə söz gəldi: rumın qızı,
Mariya, fahişə, həzz, simulyasiya. Bu sözlərdən mühüm nəsə əmələ gəlməliydi,
onlarda gizlənən həqiqətə əsaslanmaq lazımıydı. Sözləri lazımi qaydada düzmək
üçün bir neçə dəfə cəhd elədim, nəhayət, dəhşətli, ancaq labüd nəticəyə gəldim:
fahişə ilə Mariyanın üzünün ifadəsi eyni idi; fahişə yalandan özünü həzz alırmış
kimi göstərirdi, deməli, Mariya da özünü elə göstərirdi; Mariya fahişədi.
– Fahişə, fahişə, fahişə! – vannadan sıçrayaraq qışqırdım.
Başım ən yaxşı vaxtlardakı kimi dəhşətli dərəcədə aydın işləyirdi. Bütün bunlarla
qurtarmaq lazım olduğunu, Mariyanın üzgün səsinin, əzilib-büzülməyinin daha
məni aldada bilməyəcəyini gözəl başa düşürdüm. İndi yalnız məntiqə tabe olub,
bütün şübhəli fikirləri, baxışları, Mariyanın bütün müəmmalı sükutunu özümə
qorxmadan birdəfəlik anlatmalıydım.
Sanki qorxulu yuxunun qarabasması təntənəli yerişlə önümdən keçirdi. Tələsik
geyindiyim vaxt şübhəli xatirələr məni bürüdü: bizim ilk telefon danışığımız və
onun hiyləgərliyi əla bacarması; çoxlu məşq nəticəsində səsini əsdirə bilməsi; onun
bəzi müəmmalı fikirlərində sezilən kölgələr; “mənə dərd vermək” qorxusu, bunun
202