Page 201 - "Xəzər"
P. 201
Biz vur-tut ona çalışırıq ki, – astadan əlavə elədi, – yenə bir-birimizin qəlbinə
toxunaq.

– Əgər gəlməsən, özümü öldürəcəm, – təkrar elədim. – Hansısa qərarı qəbul
eləməmişdən əvvəl yaxşı-yaxşı düşün.

Daha heç nə deməyib dəstəyi asdım: həmin an, doğrudan da, inanırdım ki, əgər o
gəlməsə, bu anlaşılmazlığın aradan qaldırılmasına kömək eləməsə, özümü
öldürəcəm. Qəribə olsa da, özümdən razı qalmışdım. “Baxarıq”, – fikirləşdim,
guya söhbət qisasdan gedirdi.

XXXII

Bu, çox pis gün idi.

Emalatxanadan hirsli çıxdım. Həmin axşam xeyli içdim və axırda Leandro
Alema küçəsindəki barların birində dava-dalaş salıb qızlara girişdim. Gözümə ən
əxlaqsız görünən qızı seçdim, sonra onunla ədəbsiz zarafatlar edən matrosla
mübahisəmiz düşdü. Sonra nə baş verdiyi yadımda deyil, deyəsən, müştərilərin
gözü qabağında dalaşıb onlara kef verdik və bizi araladılar. Sonra bu qadınla
küçəyə çıxdıq. Təmiz hava məni özümə gətirdi. Səhərə yaxın onu emalatxanaya
apardım. İçəri girən kimi o, molbertdəki şəklə baxıb gülməyə başladı (bilmirəm
sizə demişəmmi, “Analıq”dan sonra yaradıcılığımda bir az dəyişiklik baş vermişdi,
sanki əvvəlki rəsmlərimdəki qəhrəmanlar və əşyalar dünya fəlakətindən
çıxmışdılar. Buna sonra qayıdacağam, ancaq indi həmin məşum günlərdə nə baş
verdiyini danışmaq istəyirəm). Qadın gülərək şəkli gözdən keçirməyə başladı,
sonra izah istəyirmiş kimi mənə baxdı. Bu bədbəxtin sənətim haqqında nə
deyəcəyinin vecimə olmadığını başa düşərsiniz. Dedim ki, boş şeyə vaxt sərf
eləməyə dəyməz.

201
   196   197   198   199   200   201   202   203   204   205   206