Page 15 - "Xəzər"
P. 15
RİK MODİANO
Çevirdi: İlqar Əlfi
Tanımadığımız qadınlar
1
Bu il yaz həmişəkindən tez gəlib Son çayının sahillərini dumana bələdi, özüylə
yağışlar və istidən qarsamış yarpaqlar gətirdi. Mən onda Furvyer təpəsinin
yaxınlığında, valideynlərimin evində yaşayırdım. Özümə nəsə bir iş tapmalıydım.
Yanvarda məni altıaylığına Krua-Pake meydanında yerləşən “Viskoza və ipək”
şirkətinə makinaçı götürdülər və orda nə qazanmışdımsa, qəpiyinə kimi saxladım.
Yayda elə o pula İspaniyanın cənubuna, Torremolinosa getdim. Onda mənim on
səkkiz yaşım vardı və Fransanı ilk dəfəydi ki, tərk edirdim.
Torremolinos çimərliyində bir fransız qadınla tanış oldum, çoxdan əriylə burada
yaşayırdı; adı Mirey Maksimoff idi. Effektli, gözəl, qarasaç bir qadındı. Onlar
qaldığım otelin sahibiydilər. Mirey dedi ki, payızda uzun müddətə Parisə gəlmək
istəyir, dostlarıgildə qalacaq; mənə ünvan da verdi. Alınsa, Parisdə ona mütləq baş
çəkəcəyimi dedim.
Qayıdanda Lion mənə lap darıxdırıcı gəldi. Evimizin yaxınlığında, Sen-Bertelemi
yamacının sağ yaxasında lazaret pansionu vardı. Təpənin döşündə tikilmiş bina
cansıxıcı görkəmiylə küçə üzərində ucalırdı. Monastır divarındakı qapı mağara
girişi kimi görünürdü. Mənim üçün Lionun həmin o sentyabr çağı elə lazaret
monastırının divarı kimi bir şey idi. Payız günəşinin şüalarına həsrət qapqara divar.
Belə dəqiqələrdə pansion adama tərk edilmiş, atılmış kimi gəlirdi. Lakin yağış
yağanda bu divar məhbəs divarına oxşayırdı və həmin anlarda elə bilirdim ki,
gələcəyə aparan yollarımı kəsir.
Bizimkilərin dükanında bir müştəri qadından öyrəndim ki, model evlərindən
hansısa özünə maneken axtarır. Onun sözlərinə görə, ayda “Viskoza və
15