Page 197 - "Xəzər"
P. 197
Onları bilməyə ehtiyac yoxdu, senyora, – “senyora” sözünün onun xətrinə
dəyəcəyini bildiyimdən, soyuqqanlıqla cavab verdim.

Bu acıdil qadının gözləri indi qəzəblə parıldadı.

– Başa düşün, senyora, qaydalar məntiqə zidd olmamalıdı, onları dəli yox,
normal adamlar tərtib eləməlidi. Əgər mən məktub göndərirəmsə və dərhal onun
qaytarılmasını xahiş edirəmsə, demək, nəsə çox vacib şeyi yazmağı unutmuşam,
buna görə də xahişimi yerinə yetirmək daha ağıllı iş olardı. Yoxsa siz natamam və
səhv yazılmış məktubların göndərilməsində maraqlısınız? Hamıya məlumdu ki,
poçt məcburiyyət yox, rabitə vasitəsidi; əgər istəmirəmsə, poçt məni məktub
göndərməyə məcbur eləyə bilməz.

– Axı onu özünüz göndərmisiniz, – qadın cavab verdi.

– Hə! – mən qışqırdım. – Ancaq təkrar eləyirəm, indi fikrimi dəyişmişəm!

– Üstümə qışqırmayın, özünüzü ədəbli aparın. Artıq gecdi.

– Gec deyil, məktub burdadı! – məktublar olan səbəti göstərərək dedim.

Növbədəkilər etirazlarını bildirməyə başlamışdılar. Nifrətlə hiss elədim ki, bütün
kin-küdurətim onun xalında cəmlənib.

– Məktubu göndərən adamın özüm olduğumu sizə sübut eləyə bilərəm.

– Qışqırmayın, kar deyiləm, – qadın üz-gözünü turşutdu. – Mənim belə qərar
qəbul eləməyə səlahiyyətim yoxdu.

– Onda şöbə müdiriylə məsləhətləşin.

– Mümkün deyil. Adam çoxdu, iş çoxdu, başa düşürsünüz?

– Mənim məsələm də sizin işinizin bir hissəsidi, – dedim.

Növbədəkilərdən kimsə məktubun mənə qaytarılmasını və başqalarını
ləngitməməyi təklif etdi. Qadın özünü məşğul kimi göstərib, sonra otaqdan çıxdı
və bir xeyli qayıtmadı. Nəhayət, acıqlı-acıqlı gəlib, səbəti eşələdi.

197
   192   193   194   195   196   197   198   199   200   201   202