Page 192 - "Xəzər"
P. 192
ni sakitləşdirmişdi. Bunun vacib olmadığını, ancaq maneçilik törətmədiyini də
indi başa düşürdüm.
Mariya Xanteri sevə bilərdi, Xanter isə, buna baxmayaraq, onu qısqanırdı.
Onların arasında nəsə olduğu fikri hardan ağlıma gəlmişdi? Buna nə qədər desən
səbəb var! Birinci, əgər Xanter onu öz qısqanclığıyla bezdirirsə, Mariya da onu
sevmirsə, onda malikanəyə niyə belə tez-tez gedir? Adətən, Xanterdən başqa orda
heç kim olmur (onun subay olub-olmadığını bilmirəm, məncə, onun arvadıyla
ayrıldığını Mariya nə vaxtsa demişdi), ancaq əsas odur ki, bu cənab malikanədə tək
yaşayır. İkinci, Mariyanın kuzeni ilə yaxın əlaqəsi olduğunu düşünmək üçün daha
bir səbəb də var idi O, həmişə Xanter barədə laqeyd tərzdə danışırdı, adətən,
qohumlar haqqında belə danışırlar və Xanterin onu sevdiyinə, qısqanc olduğuna bir
dəfə də olsun eyham vurmamışdı. Üçüncü, yalnız bu gün Mariya mənə öz
zəifliklərindən danışmışdı. O nəyə nail olmaq istəyirdi? Məktubda ona bir çox
iyrəncliklərdən – içki məclislərindən, fahişələrdən yazmışdım, indi isə o məni başa
düşdüyünü, onun da ay işığında parkda gəzməkdən, qayıqda üzməkdən ləzzət
alanlardan biri olmadığını deyirdi. Onun da həyatında bu cür qaranlıq tərəflərin,
alçaq ehtirasların olduğunu nəzərdə tutmurdu ki? Xanter də onlardan biri deyildi
ki?
Bütün gecəni çürüyünü çıxarana qədər bu ehtimallar üzərində fikirləşdim. Ən
son nəticə Mariyanın Xanterin məşuqəsi olması idi.
Bu mənə aydın olan kimi aşağı düşüb çamadanımı, etüd qovluğumu götürdüm.
Təmizlik işlərinə başlamaq üçün qapı-pəncərələri açan xidmətçilərdən biri ilə
rastlaşıb, xanıma salamlarımı və təcili bir işə görə Buenos-Ayresə getdiyimi ona
çatdırmasını xahiş etdim. O, təəccüb etmədən mənə baxdı, xüsusən də stansiyaya
aparmaq təklifinə piyada gedəcəyim cavabını verəndə.
Bir neçə saat kiçik vağzalda gözləyəsi oldum. Birdən Mariyanın gələcəyini
düşündüm və bunu onun xətrinə dəydiklərini fikirləşib hardasa gizlənən,
böyüklərdən kiminsə öz günahını boynuna alıb, onun könlünü alacağını arzulayan
192