Page 193 - "Xəzər"
P. 193
aq kimi acı məmnunluqla gözlədim. Ancaq Mariya gəlmədi. Qatarı görəndə
Mariyanın gələcəyi ümidiylə son dəfə yola nəzər saldım, ancaq o yox idi və mən
özümü dəhşətli dərəcədə tənha hiss elədim.

Qatar Buenos-Ayresə doğru şütüyəndə mən gözümü pəncərəyə dikmişdim.
Rançonun yanından keçirdik; talvarın altındakı qadın qatara baxmaq üçün belini
dikəltdi. Ağlıma səfeh bir fikir gəldi: “Mən bu qadını ilk və son dəfə görürəm. Mən
daha onu heç vaxt görməyəcəyəm”.

Fikirlərim bir yerdə bənd almırdı. İndi də talvarın altındakı qadının ətrafında
dolaşırdı. Mənim onunla nə işim var? Ancaq lənətə gəlmiş daha bir anın da arxada
qaldığıyla heç cür barışa bilmirdim; mənə elə gəlirdi ki, bunlar artıq ölüb – qatar
bir dəqiqə gec keçsəydi, evdən onu kimsə çağırsaydı, o qadın mənim həyatımda
olmazdı.

Hər şey mənə ötəri, hədər, anlaşılmaz görünürdü. Başımda hər şey qarışmışdı və
Mariya təsəvvürümə tutqun bir ləkə kimi gəlirdi. Yalnız bir neçə saatdan sonra
beynim öz əvvəlki gücüylə işləməyə başladı.

XXIX

Mariyanın ölümündən əvvəlki günlər həyatımın ən dəhşətli günləri idi.
Duyduqlarımı, düşündüklərimi, elədiklərimi ətraflı danışmaq mümkün deyil və
əgər bəzi hadisələr ən xırda təfərrüatına qədər yadımdadısa, elə saatlar, hətta günlər
var ki, mənə dumanlı yuxu kimi gəlir. Deyəsən, bir neçə gün əyyaşlıq elədim,
çarpayıda, ya Puerto-Nuevonun skamyalarında sərilib qaldım. Yadımdadı,
Konstitusyon vağzalında düşüb, bara girdim və dalbadal bir neçə qədəh viski
içdim, sonra taksi tutub 25 May, ya Leandro Alema küçəsindəki bara getdim. Yenə
musiqi, hay-küy, qışqırıq, ürəyimi bulandıran iyrənc qəhqəhələr, sınan butulkalar
və gözqamaşdıran işıq. Sonra ağırlıq, şiddətli başağrısı, polis məntəqəsi, qapını

193
   188   189   190   191   192   193   194   195   196   197   198