Page 195 - "Xəzər"
P. 195
ur. Üstəlik də dəqiqləşdirdim ki, o həm mənimlə, həm də əriylə yatır. Məktub
bu sözlərlə qurtarırdı: faktlar təhlil üçün böyük əsas verir və sairə və ilaxır.

Məktubu oxuyub qərara aldım ki, onu ağrıtmaq üçün məktub indi kifayət qədər
təhqiredicidi. Zərfi bağladım və Mərkəzi poçta gedərək sifarişlə yolladım.

XXX

Poçtdan çıxmışdım ki, iki şeyi başa düşdüm: birinci, Xanterlə bağlı nə üçün
ondan şübhələndiyim haqda məktubda bir kəlmə də olsun yazmamışdım; ikinci,
belə amansızcasına onun xətrinə dəyməyim heç özümə də axıra qədər aydın
deyildi, yoxsa dəyişməyini istəyirəm, hətta mənim şübhələrim doğrudusa? Əlbəttə,
bu, boş şeydi. Ya geri dönməyini istəyirəm? Ancaq çətin ki, mənim hərəkətim
buna kömək eləyə. Hər halda, ürəyimin dərinliklərində bir şeyi arzuladığımı başa
düşürdüm: Mariya qayıtsın. Əgər belədisə, gedişimi Xanterin qısqanclığını
sezdiyimlə izah eləyib, bunu birbaşa, təhqirsiz-zadsız demək olmazdımı? Bir yana
baxanda, Mariyanın Xanterin məşuqəsi olduğuna inanmağım alçaldıcıdı, heç bir
əsası yoxdu, gələcək təhlillərə lazım ola biləcək vur-tut fərziyyədi.

Beləliklə, tələsik məktub yazıb yollamaq ucbatından daha bir axmaqlıq elədim.
Vacib məktubu yazılandan, heç olmasa, bir gün sonra yollamaq lazımdır ki,
mümkün olan nəticələrini aydınlaşdırmaq üçün vaxtın olsun.

Yalnız xırdaca bir ümid qalmışdı: qəbz. Ciblərimi əlləşdirib heç nə tapmadım,
görünür, fikri dağınıq halda atmışdım. Buna baxmayaraq, tezcə poçta qayıdıb
sifarişli məktubları təhvil verənlərin arxasında dayandım. Pəncərənin gözcüyünə
yaxınlaşıb, saxta təbəssümlə xidmətçi qadından soruşdum:

– Məni tanıdınız?

Qadın təəccüblə mənə baxdı, yəqin, başıxarab olduğumu fikirləşmişdi. Bu
səhvini düzəltmək üçün ona xatırlatdım: mən indicə Los-Ombues malikanəsinə

195
   190   191   192   193   194   195   196   197   198   199   200