Page 194 - "Xəzər"
P. 194
an nəzarətçi, nəsə izah eləyən zabit... və yenə özümü hərdən qaşına-qaşına
küçələrdə dolaşan görürəm. Ola bilsin, yenə bara girmişəm. Bir neçə saatdan (ya
gündən) sonra kimsə məni emalatxanaya apardı. Dəhşətli yuxu gördüm: kilsənin
damında eyş-işrətlə məşğuluydum. O da yadımdadı ki, gecənin bir vaxtı oyananda
otağın böyüklüyündən gözlərim böyümüşdü: nə qədər qaçsam da, onun sonuna
çata bilməzdim. Bilmirəm, günəşin ilk şüaları pəncərədən içəri düşəndə çoxmu
vaxt keçmişdi. Vanna otağına qaçıb, soyunmadan suya girdim. Soyuq su məni bir
az özümə gətirdi və daşqından sonra suda peyda olan əşyalar kimi, bir-biriylə
əlaqəsi olmayan ayrı-ayrı görüntülər yaddaşımda əmələ gəlməyə başladı: yamacda
oturan Mariya, müştüyünü əlində yelləyən Mimi, Alyende stansiyası, vağzalın
yanındakı “İnam”, ya “Malikanə” adlı mağaza, eskizləri soruşan Mariya, mənim
qışqırığım: “Nə eskiz?” – Xanterin nifrətli baxışları, qohumların söhbətinə qulaq
asan mən, butulkanı tolazlayan matros, mənə tərəf gələn Mariyanın anlaşılmaz
baxışları, murdar qadının öpüşü və onu yumruqla son dərəcə bərk vurmağım,
bədənimə daraşan birələr, detektivdən naqqallıq eləyən Xanter, malikanədəki
sürücü. Yuxulardan parçalar da yadıma düşdü: yenə gecənin qaranlığındakı kilsə,
ucu-bucağı görünməyən otaq…
Su təsir etdikcə bəzi parçalar yadıma düşərək, başqaları ilə birləşdi və selin
xaraba qoyduğu şəhər kimi, kədərli mənzərə tam şəkildə görünməyə başladı.
Vannadan çıxıb əynimdəki paltarı soyundum və quru paltar geyinərək Mariyaya
məktub yazmağa girişdim. Əvvəl yazdım ki, malikanədən qaçmağımın səbəbini
izah etmək istəyirəm (“qaçmaq” sözünü pozub, “getmək” yazdım). Sonra əlavə
elədim ki, mənə qarşı olan hisslərini yüksək qiymətləndirirəm (“məni” pozub,
“mənim şəxsimə” yazdım). Onun mehribanlığına, təmiz niyyətinə heyranam, ancaq
özünün də etiraf etdiyi kimi, hərdən ona “alçaq ehtiraslar” hakim kəsilir. Elə mən
də ay işığında parkda gəzməkdən, qayıqda üzməkdən ləzzət alanlardan deyiləm,
ancaq onun təsəvvür elədiyi kimi (“təsəvvür etdiyini” pozub, “anlamaq” yazdım),
bizim sevgimizi qorumaq üçün bunlar kifayət deyil; sən xarakterdə qadının ərinə,
həmçinin mənə eşq izhar eləyib eyni zamanda Xanterlə yatdığını başa düşmək
194