Page 198 - "Xəzər"
P. 198
Hansı malikanəyə? – donquldandı.

– Los-Ombues, – hirsimi boğub sakit tərzdə dedim.

Qəsdən bir xeyli axtarandan sonra məktubu tapıb, əlində tutaraq ora-burasına
baxmağa başladı, sanki ona almağı təklif etmişdilər, o isə malın qiymətinə şübhə
eləyirdi.

– Burda yalnız ünvan və inisialdı, – o dedi.

– Kifayət deyil?

– Məktubu sizin yazdığınızı sübut etmək üçün hansı sənədləri təqdim edə
bilərsiniz?

– Məndə məktubun qaralaması var, – deyib qaralamanı ona uzatdım.

O, vərəqi götürüb, əlində fırladaraq qaytardı.

– Bəs hardan bilək ki, bu həmin məktubun qaralamasıdı?

– Çox sadə: zərfi açıb tutuşdurun.

O, şübhə içində susdu, sonra bağlı zərfə baxıb soruşdu:

– Sizin məktubunuz olduğunu bilmədən necə açaq? Mənim buna icazəm yoxdu.

Növbədə yenə səs-küy qalxdı. Nəsə dəhşətli bir şey eləmək istəyirdim.

– Bu kağız yaramır, – zəhərli ilan dedi.

– Bəlkə şəxsiyyət vəsiqəsi sizi təmin edər? – istehzalı təbəssümlə maraqlandım.

– Şəxsiyyət vəsiqəsi?

O fikirləşib, sonra zərfə baxaraq dedi:

– Yox, təkcə şəxsiyyət vəsiqəsi kifayət deyil, çünki zərfdə yalnız inisial
göstərilib. Yaşayış yeriniz olan sənəd göstərməlisiniz. Ya hərbi bilet, çünki orda
yaşayış yeri haqqında məlumat var.

Bir az da düşünüb əlavə elədi:

198
   193   194   195   196   197   198   199   200   201   202   203