Page 196 - "Xəzər"
P. 196
ktub göndərmişəm. Bu gicbəsər, deyəsən, lap heyrətləndi və sanki bunu
kiminləsə bölüşmək üçün öz kolleqasına tərəf dönüb, sonra yenə mənə baxdı.

– Mən qəbzi itirmişəm, – dedim.
Cavab gəlmədi.
– Xahiş edirəm məktubu mənə qaytarasınız, ancaq qəbz yoxumdu, – mən təkrar
elədim.
Qadın və ikinci əməkdaş kart oynayanlar kimi baxışdılar.
Nəhayət, heyrətlənmiş adam səsiylə soruşdu:
– İstəyirsiniz ki, məktubunuzu qaytarsınlar?
– Tamamilə doğrudu.
– Sizin hətta qəbziniz də yoxdu?
Bu vacib sənədin, doğrudan da, məndə olmadığını boynuma almağa məcbur
oldum. Qadının heyrəti son həddə çatdı. O, nəsə mızıldayıb yenə iş yoldaşına
baxdı.
– O, məktubun qaytarılmasını istəyir, – qadın dedi.
İş yoldaşı səfeh təbəssümlə onu başa düşdüyünü göstərdi. Qadın yenə mənə
baxıb dedi:
– Bu mümkün deyil.
– Mən sənədlərimi göstərə bilərəm, – sənədlərimi çıxararaq etiraz elədim.
– Lazım deyil. Qayda hamı üçün eynidi.
– Razılaşın ki, qaydalar məntiqə uyğun gəlməlidi, – hirslə dedim. Bu qadının
uzun tüklər çıxmış xalı get-gedə məni əsəbiləşdirirdi.
– Siz qaydanı bilirsiniz?

196
   191   192   193   194   195   196   197   198   199   200   201