Page 190 - "Xəzər"
P. 190
ladığı hadisələri mənə etiraf eləyirdi, mənsə gic kimi bunlara qulaq
asmamışdım.
– Hansı əzablı və dəhşətli hadisələr? – mən qışqırdım.
Ancaq Mariya məni eşitmirdi, elə bil özündə deyildi.
Xeyli vaxt keçdi, yəqin, yarım saat olardı. Əvvəllər olduğu kimi, Mariyanın
üzümü sığalladığını hiss elədim. Danışmağa heyim yox idi. Uşaq kimi başımı onun
ətəyinə sıxmışdım və biz beləcə xeyli oturduq; vaxt dayanmışdı, sanki uşaqlıqdan
və ölümdən başqa heç nə yoxdu.
Çox heyif ki, dərinlikdə şübhəli və müəmmalı nəsə gizlənmişdi! Çox istəyirdim
haqlı olmayam, çox istəyirdim Mariya indi necə varsa, eləcə də qala! Ancaq əbəs
yerə: lap yaxından döyünən ürəyinə qulaq asdığım, əllərinin saçımı sığalladığı vaxt
qara fikirlər su basmış çirkli zirzəmidə ciyildəyə-ciyildəyə azad olacaqlarını
gözləyən siçovullar kimi başımda qımıldanırdı.
XXVIII
Nəsə qeyri-adi bir şey baş vermişdi. Evə qayıdanda Xanteri həyəcanlı vəziyyətdə
gördük (ancaq onun kimiləri öz duyğularını büruzə verməyi xoşlamırlar); o özünü
ələ almağa çalışırdı, amma, şübhəsiz, nəsə baş vermişdi. Mimi getmişdi, yemək
otağında isə hər şey şam yeməyinə hazır idi; biz, əlbəttə, bir az gecikmişdik və
gələn kimi xidmətçilər tələsik bizə qulluq eləməyə başladılar. Şam yeməyi, demək
olar, sükut içində keçdi. Mən Xanterin bircə kəlməsini, bircə hərəkətini belə
qaçırmamağa çalışırdım, ümid eləyirdim ki, onlar məndən gizli bir çox şeylərə işıq
salacaq və get-gedə artan şübhələrimi təsdiqləyəcək. Mən Mariyaya göz
qoyurdum – üzündən heç nə anlamaq olmurdu. Mariya gərginliyi aradan qaldırmaq
üçün Sartrı oxuduğunu dedi. Xanter dilxorçuluğunu gizlətmədən donquldandı:
190