Page 188 - "Xəzər"
P. 188
axmaq bir hərəkət kimi də görünə bilərdi, ancaq başqa cür mümkün olmadığını
başa düşəcəksiniz.

Xanterlə Mimini tərk edib, biçarə eskizlərin arxasınca evə getdik, sonra etüd
qovluğunu və eskizlərin yerinə şəkillər olan qovluğu götürüb aşağı düşdük. Bunu
da Mariya düşünüb-quraşdırmışdı.

Ancaq kuzenlər artıq yox idilər. Mariyanın kefi kökəlmişdi və sahilboyu parkda
gəzişəndə əhvalı çox yaxşıydı. Onu hələ bu cür görməmişdim: tamamilə başqa
qadın idi, şəhərin sıxıntısında tanıdığım qadına oxşamırdı. O, daha oynaq, daha
enerjili idi. Onda əvvəllər mənə məlum olmayan nəsə bir hissiyyat, rənglərdən,
qoxulardan zövq almaq duyğusu üzə çıxmışdı: ağac gövdəsinin rəngindən,
qurumuş yarpaqdan, hansısa böcəkdən, dənizin qoxusu qarışmış evkalipt ətrindən
vəcdə gəlirdi (bu, mənimçün anlaşılmazdı, çünki mən yalnız təsəvvürümdəkilərdən
zövq alıram). Ancaq bütün bunlar məni heç də sevindirmirdi, əksinə, sıxır, qanımı
qaraldırdı, axı Mariyanın bu xüsusiyyətləri mənə yaddı, onlar, yəqin, Xanterə, ya
başqa birinə xasdı.

Get-gedə lap qüssələnirdim, ancaq, bəlkə, bu qüssəni daha da aydın eşidilən
dalğaların səsi gətirirdi. Biz dağdan enərkən, səma bütün genişliyiylə qarşımda
açılanda qüssəmin qaçılmaz olduğunu başa düşdüm: gözəlliyi, ya ona yaxın nəyisə
görəndə həmişə belə olurdu. Maraqlıdı, görən, hamı belə hisslər keçirir, yoxsa bu,
mənim bədbəxt təbiətimin daha bir qüsurudu?

Biz qayalıq yamacda oturub, dənizin səsinə qulaq asaraq, hərdən dikə gəlib çatan
köpüklü damcıları üzümüzdə hiss edərək, bir xeyli dinib-danışmadıq. Tufan qabağı
səma mənə Tintorettonun “Sarasinlərin xilası” tablosunu xatırlatdı.

– Neçə dəfə sənə, – Mariya dedi, – bu dənizi, bu səmanı göstərmək istəmişəm. –
Sonra əlavə elədi: – Bəzən mənə elə gəlir, sahil hər ikimizindir. Sənin tablondakı
tənha qadını görən kimi mənə çox oxşadığını və sənin də kor-koranə öz dinib-
danışmayan həmsöhbətini axtardığını hiss elədim. Həmin gündən hey səni
düşünürdüm, dəfələrlə yuxuda gördüm ki, sən burdasan, ömrümün nə qədər saatını

188
   183   184   185   186   187   188   189   190   191   192   193