Page 14 - "Xəzər"
P. 14
m. İstəyirdim oxucuda elə bir təəssürat oyadım, sanki hər dəfə radiodan səs
eşidir – kimsə öz həyatından hadisə danışır və qəflətən veriliş kəsilir, ya da onu
efirdəki yad səslər, xışıltılar pozur. Dinləyici əbəs yerə çalışır ki, radionun
düyməsini hərləyib, dalğanı tapsın, hadisənin davamını öyrənə bilsin.

“B. G.”: Adətən, sizin qəhrəmanlar özlərinin, öz keçmişlərinin axtarışıyla məşğul
olan insanlardır. İndi isə, deyəsən, bu axtarış yoxdur...

P. M.: Hər bir qadın həyatının bəlli parçasından söz açır, lakin oxucu nə bu
qadınların kimliyini, nə onların adını bilir. Rəvayətçilər adsız qalır. Həmin bu üç
mətni kiminsə makinada çap etdiyi şahid ifadələri kimi də oxumaq olar. Çap edib,
lakin dindirilənlərin adlarını, soyadlarını göstərməyi unudub. Və artıq şəxsiyyəti
müəyyən etmək mümkün deyil.

“B. G.”: Bir zamanlar demişdiniz: “Mən anladım ki, keçmişi “diriltməkdə”
gücsüzəm. Ondan yalnız fraqmentlər, pərakəndə epizodlar qalır”. “Tanımadığımız
qadınlar”ı yaddaşın öləziməsi mövzusunda bir variasiya kimi qəbul etmək olarmı?

P. M.: “Tanımadığımız qadınlar”da bizim qarşımızda məhz elə fraqmentlər,
dağınıq epizodlar durur. Aydındır ki, hər qadın öz keçmişindən danışır. Amma
bəlli deyil, onlar indi, öz hekayətlərini danışarkən hardadırlar və sonradan
başlarına nə gəlib. Qısası, eyni zamanda həm çox yaxın, həm də uzaq olan bu
səslərin hardan gəldiyi bəlli deyil. Və bütün bu əhvalatları qəhrəmanın sonrakı
həyatıyla bağlamaq qeyri-mümkün olduğundan, adama elə gəlir ki, hər bir hekayə
böyük buzlaqdan qopmuş, dalğalar qoynunda əbədilik tənha üzməyə məhkum bir
buz parçasıdır.

“B. G.”: Hərdən xəyallar pərdəsi yırtılaraq, qəddar gerçəkliyin üzünü qismən açır
– qəfil həbs, qətl. Bu nədir – reallığın kabusa çevrilməsi, yoxsa xəyalpərəst birisinə
özünü kobud bir tərzdə xatırladan reallıq?

P. M.: Mən düşünürəm ki, xəyallara dalanın rastlaşdığı elə reallıqdır və bu görüş
onu hər dəfə qəddarcasına yuxusundan oyadır. Lakin hər üç epizod keçmişə aid
olduğundan, o, “qəddar gerçəklik”də yuxu, ya da fantaziya cizgiləri tapır.

14
   9   10   11   12   13   14   15   16   17   18   19