Page 185 - "Xəzər"
P. 185
ticə çıxarmağım heç də şüursuz olmadı, yolda sürücünün Mar del Platadan
gəlmiş kuzina haqqında dediyi sözlər buna kömək oldu, ancaq mən onda buna fikir
verməmişdim. Hər şey aydındı: Miminin qəfil gəlişindən əhvalı pozulan Mariya
özünü xəstəliyə vuraraq, yataq otağına çəkilib: onun bu adamlardan xoşu gəlmir.
Belə fikirlərin qüssəmi dağıtdığını hiss eləyib, səbəbini özümçün aydınlaşdırdım:
bura gəlib Xanter və Miminin adi kübar riyakarlar olduğunu görəndə sadəlövh
“mən”im Xanterin mənə tay ola bilməyəcəyinə sevinib sakitləşmişdi, ancaq
fikirləşəndə, daha doğrusu, hiss eləyəndə ki, Mariya da onlardan biridi və yəqin,
necəsə onlara oxşayır – ürəyimin dərinliyində kefim pozulmuşdu.
XXVI
Bağda gəzmək üçün süfrədən duranda bizə tərəf gələn Mariyanı görüb
gümanımın doğru olduğuna inandım: bu səfeh söhbətdə iştirak etməmək üçün o,
bizim çay süfrəsindən qalxmağımızı gözləmişdi.
Hər dəfə Mariya başqa adamların əhatəsində mənə doğru gələndə fikirləşirdim:
“Bu məftunedici xilqətlə məni gizli bir tel bağlayır”. Sonralar öz hisslərimi saf-
çürük eləyəndə başa düşdüm ki, əvvəl o mənə çox gərək idi (kimsəsiz adada
rastlaşdığın insan kimi), tənhalıq qorxusu yoxa çıxanda isə Mariya mənim
öyündüyüm zinət əşyasına çevrildi. Sevgimizin məhz sonrakı dövründə saysız-
hesabsız çətinliklər yarandı – əlinə düşəni yeməyə hazır olan ac da bir az doyandan
sonra yeməyin dadından, köhnəliyindən şikayətlənir. Son illər həbs düşərgəsindən
qaçmış adamlara xas öz itaətkarlığıyla seçilən, ən alçaldıcı işlər görməyə hazır, aza
qane olan, bununla belə, ürəkdən sevinməyi bacaran mühacirlərlə tez-tez
rastlaşıram; ancaq qəribədi, insanın işgəncədən, ya ölümdən canını qurtarmağını
dərk etməsi onun xoşbəxtliyi üçün kifayət eləmir. Özünü inamlı hesab edən kimi,
sanki həmişəlik itirilmiş qürur, şöhrətpərəstlik, tündməcazlıq tədricən qayıdır –
ürkmüş vəhşi heyvan öz yuvasından belə çıxır; həm də sanki haçansa belə
185