Page 13 - "Xəzər"
P. 13
EL KÜRSÜSÜ

PATRİK MODİANO

2014-cü ilin ədəbiyyat nominasiyasında Nobel mükafatı laureatı fransız yazıçısı və
ssenaristi Patrik Modiano oldu.

69 yaşlı Modiano ədəbiyyat sahəsində Nobel mükafatını alan on birinci fransız
yazıçısıdır.
Modiano bu mükafata “işğal dövründə insan talelərinin təsvirinə görə” layiq
görülüb. İsveç Akademiyası Modianonun əsərlərini Marsel Prustun yaradıcılığıyla
müqayisə edir: “Onun yaradıcılığında insanı valeh edən budur ki, bütün əsərləri
bir-biriylə səsləşir, bir-birinin əks-sədasıdır və onları unikal edən də məhz budur.
O, dövrümüzün Marsel Prustudur”.

Modiano 1945-ci ildə Parisdə anadan olub. Onun ilk romanı “Ulduz meydanı”
(1968) müəllifinə şöhrət gətirib. “Bulvar dairəsi” romanı (1972) Fransız
Akademiyasının Böyük mükafatını, “Qaranlıq dükanlar küçəsi” romanı (1978) isə
Qonkur mükafatını alıb.
Modiano həyatda qapalı, azdanışan və çox utancaq bir insandır. O, yığıncaqlardan,
çıxışlardan qaçır, baxmayaraq ki, hər yeni kitabıyla yazıçıdan müsahibə almaq, onu
televiziya verilişinə, mətbuat konfransına dəvət etmək istəyənlər çoxdur. Təbii ki,
Modianonun oxucularına deməyə sözü var. Amma üzbəüz ünsiyyətdənsə, onlarla
romanlarının səhifələrindən danışmağa üstünlük verir.
Onun əsərləri adi insanların yaddaşının keşiyində ayıq-sayıq durmuş əsgərə
bənzəyir. Özü isə deyir ki, əlinə qələm alandan bəri eyni əsər üzərində işləyir və
Nobel mükafatının ona verilməsi çox qəribə bir şeydir – “niyə məni seçdilər, başa
düşmədim...”

“HARDAN GƏLDİYİ BƏLLİ OLMAYAN SƏSLƏR”

Patrik Modianonun “Bülten Gallimar”a müsahibəsi

“Bülten Gallimar”: “Tanımadığımız qadınlar” triptix təşkil edən üç qadın
monoloqundan ibarətdir. Nədən bu dəfə sözü qadınlara vermək qərarına gəldiniz?

Patrik Modiano: Mən yeni rakurs tapmağa çalışır, əvvəlki romanlarımdakı
“mən”dən fərqli başqa təhkiyəçi tapmağa çalışırdım ki, rəvayətçi deyil, dinləyici

13
   8   9   10   11   12   13   14   15   16   17   18