Page 162 - "Xəzər"
P. 162
Moskvada Dyakov və Sadovı küçələrinin kəsişməsində “Şərq nömrələri” adlı bir
mehmanxana vardı, amma nəyə görə məhz “Şərq”? – bəlli deyil... Bu nömrələr ən ucuz mebellərlə
təchiz olunmuşdu. Əsas girəcəkdə baş qapı kip örtülsün deyə üç kərpici iplə bağlayıb yuxarıdan
asmış, qapının arxasına bərkitmişdilər...
Alt mərtəbədə Anton Pavloviç Çexov, ikinci mərtəbədə isə Rəssamlıq, Heykəltəraşlıq və
Memarlıq Məktəbinin hələ o zaman şagirdi olan İ.İ.Levitan yaşayırdı.
Bahar fəsliydi. Biz Levitanla Myasnitskidən – məktəbdən gəlirdik, rəsm üzrə üçüncü və
sonuncu imtahandan sonra mən – portret, o isə mənzərə janrına görə gümüş medal almışdıq.
Mehmanxanaya daxil olunca Levitan mənə dedi:
– Gəl Antoşaya baş çəkək...
Anton Pavloviç qalan otaq papiros tüstüsüylə doluydu. Stolun üstünə samovar qoyulmuşdu.
Elə oradaca qalac, kolbasa, pivə vardı. Divanın üstü vərəqlərlə, mühazirə dəftərləriylə doluydu;
Anton Pavloviç universitetdə həkimlik üzrə buraxılış imtahanlarına hazırlaşırdı.
O, divanın bir qırağında oturmuşdu. Əyninə boz rəngli gödəkcə geymişdi. O zamanlar
tələbələrin çoxu belə gödəkcələr geyərdilər. Otaqda ondan başqa tanımadığımız gənclər – tələbələr
vardı.
Onlar ucadan danışır, mübahisə edir, çay, pivə içir, kolbasa yeyirdilər. Anton Pavloviç
oturub susur, aradabir ona ünvanlanan suallara cavab verirdi.
O yaraşıqlıydı. Üzü geniş və aydın, gözləri gülümsərdi. Kimləsə söhbət edəndə, bəzən
qarşısındakı danışan adama diqqətlə baxır, sonra başını aşağı salıb, xüsusi bir tərzdə mülayim-
mülayim gülümsəyirdi. Bütün görünüşü adamda inam hissi oyadırdı. Gəncliyinə, cavanlığına
baxmayaraq, hələ o zaman yaxınlaşıb gerçəyi soruşmaq, dərdin, ələmin nədənini öyrənmək,
qəlbinin dərinliklərində bəslənənləri etibar etmək istədiyin mehriban bir baba təsiri bağışlayırdı.
Anton Pavloviç sadə və təbii idi, süni və müştəbeh deyildi. Onun fitri təvazökarlığı, xüsusi ölçü-
biçi hissi, hətta utancaqlığı daim duyulurdu.
Baharın günəşli günlərindən biriydi... Levitanla mən Anton Pavloviçə Sokolnikə getməyi
təklif etdik.
Aldığımız medallar haqda söhbət açdıq. Oradakı tələbələrdən biri soruşdu:
– Siz onu boynunuzda gəzdirəcəksiniz? Qapıçılar kimi?
Levitan ona cavab verdi:
– Yox, bu medalları gəzdirmirlər... Bu, sadəcə, elə-belədi... Məktəbi bitirəndə fərqlənmə
nişanı kimi verilir.
– Sərgilərdə itlərə verildiyi kimi... – deyə başqa bir tələbə əlavə etdi.
Anton Pavloviçlə müqayisədə bu tələbələr ayrı cür idi. Onlar çox höcətləşir və hər şeyə
özünəməxsus müxalif mövqe göstərirdilər.
– Əgər sizin məsləyiniz yoxdusa, – tələbələrdən biri Çexova müraciətlə dedi, – siz yazıçı ola
bilməzsiniz.
– Məsləyim yoxdu demək olmaz, axı, – bir başqası bildirdi, – mən hətta başa düşə bilmirəm,
necə ola bilər ki, məsləyiniz olmasın.
– Mənim məsləyim yoxdu, – Anton Pavloviç cavab verdi.
– Siz məsləksiz bir insan olduğunuzu deyirsiniz... Bəs əsəri ideyasız necə yazmaq olar?
Sizin ideyanız yoxdu?
– Nə ideyam var, nə məsləyim... – Çexov cavab verdi.
Tələbələr höcətləşirdilər. Onlar açıq-aydın Anton Pavloviçdən razı deyildilər. Götürdükləri
istiqamətin didaktikasına, ideoloji və ibrətamizlik xəttinə onun cavab vermədiyi göz önündəydi.
Onlar təsir etmək və öyrətmək istəyirdilər. Sanki onlar hər şeyi bilir, hər şeyi başa düşürdülər.
Anton Pavloviç üçünsə bütün bunlar, görünür, çox darıxdırıcıydı.
162