Page 160 - "Xəzər"
P. 160
– İşdən qorxursan, vəssalam! Ona görə iş tapmırsan...
Joaken səbrini basıb dillənmədi. Mençu təzədən qızışdı:
– Tapanda da ikicə gündən sonra mitilini atırlar bayıra! Bu yaşda, üstəlik, qoltuqağacıyla işdən
qovulmaq! Özü də gör nə üstündə, məktəb uşağı kimi şeir üstündə qovulursan!
Belə hallarda Joaken öz əqidəsinə sadiq qalaraq susur və heç vaxt mübahisəyə girişmirdi. O, adətən,
canı boğazına yığılana qədər dözür, axırda bir cüt stul götürüb təpik ilişdirməyə hazırlaşırdı. Bəzən təpik
sadəcə olaraq zərurətə çevrilirdi; Mençu tədricən səsini qısır və pəsdən deyinə-deyinə çardağın bir küncünə
çəkilib zarımağa başlayırdı.
Fermin bir neçə dəfə istəmişdi ki, qalxıb araya girsin, təpiyin qarşısını alsın, ancaq sonra fikrindən
daşınmışdı və belə qərara gəlmişdi ki, özgə işinə qarışmaq hər halda yaxşı hərəkət deyil.
Joaken hələ yerindən tərpənməmişdi, Mençu isə qızışıb özündən çıxmışdı; arvadın şüşə gözündən
ispanka epidemiyası zamanı Bordoda itirdiyi xalis gözündən axan kimi sarımtıl və bulanıq maye süzülürdü,
özü də həmişəkindən fərqli olaraq, bu damcılar bir qədər çəhrayıya çalırdı (kim bilir, bəlkə ora qan
qarışmışdı?!). Fermin qorxudan əsə-əsə eləcə oturub işin gedişatına baxsa da, qarışmağa cürət eləmirdi,
çünki Mençunun qəzəbi artıq öz həddini keçmişdi. Qorxudan sapsarı saralmış estrada artisti həmin an başqa
bir evdə olmaqdan ötrü lap nə istəsəydin verməyə hazırdı.
Komissarın heç ağlına da gəlməzdi ki, bir neçə dəqiqədən sonra Tuluzada ömür-billah görünməmiş
(amma ona yamanca ehtiyac duyulan!) bir hadisə baş verəcək. Uzaqbaşı, o indi ya pivə içir, ya şahmat
oynayır, ya da doktor Sent-Rozali ilə siyasətdən gap edirdi; ancaq qətiyyən düşünmür, xəyalından belə
keçirmirdi ki, heç bir hadisə baş verməyən və bu səbəbdən də günlərin son dərəcə maraqsız keçdiyi
Tuluzada lap elə indicə – rəsmi xidmətin otuz yeddinci ilində! – onun zəkasına layiq əsl iş başlanacaq.
Joaken son həddə çatıb yaralı canavar kimi güc-bəla ayağa qalxdı (baxanda adamın ürəyi qana
dönürdü!), stullardan yapışıb yırğalandı və – taraq! – arvada təpik ilişdirdi. Göz qırpımındaca zərblə divara
çırpılan Mençunun şüşə gözündən qarmağa oxşar nəsə qopub düşdü; deyəsən, təpik arvadın düz hülqumun-
dan tutmuşdu...
Mençunun tək ayaq üstdə nə cür fırlandığını görən Joaken əməlli-başlı xoflandı, stulları buraxıb
səntirlədi və peysəri üstə guppultuyla yerə sərildi. Garcon Basque də bərk qorxmuş halda darısqal otaqda
vurnuxmağa başladı; nəhayət, qapını tapıb özünü bayıra atdı və üzüaşağı götürüldü. Birinci mərtəbənin
pilləkənində rastlaşdığı İvett onun üzünə gülümsəyə-gülümsəyə:
- Au revoir, Garcon Basque,76– dedi.
Fermin kandarı hoppanıb keçərkən cənab L'Epinarın heç vaxt ər üzü görməyən, heç kəsə qoşulub
qaçmayan, kilsəyə ayaq basmayan, heç yerdə işləməyən və heç kəsə xeyri dəyməyən iki gözəlçəsi də bir
ağızdan İvettin sözlərini təkrarladılar:
– Au revoir, Garcon Basque.
Garcon Basque nəfəsi qarala-qarala var gücüylə hara gəldi qaçırdı. Roma papası olmayan və səhv
etmələri tamamilə mümkün görünən jandarmlar onu tutub saxlayanda narın yağış hələ də yağmağında idi...
“La Poste de Toulous” qəzetinin axşam buraxılışı yağlı bir başlıqla bəzədilmişdi: BLANŞAR
KÜÇƏSİNDƏ SİRLİ QƏTL!
Roma papası olmayan və səhvə yolvermə ehtimalı tamamilə mümkün sayıla biləcək komissar
gülümsündü:
– Blanşar küçəsində sirli qətl! – Və etinasızcasına əlavə etdi: – Eh, jurnalistlər, jurnalistlər!
Sevincdən jandarmların üzü işım-işım işıldayırdı; komissar yenidən onlara üz tutmuşdu:
– Aydındır, uşaqlar, aydındır! Bu da estrada artistləri! Tövbələtmə olsun deyə, mən onların hamısını
dama basardım!
76 Худащафиз, басклы оьлан (фирянэъя)
160