Page 158 - "Xəzər"
P. 158
Yeri gəlmişkən, yoldan ötənlərdən od istəməyi jandarmlara öz vicdanları qadağan eləyir. Bizim
nələr çəkdiyimizi onlar çox yaxşı bilir, çox həssaslıqla duyurlar; ancaq neyləsinlər, vicdan buna rəvac
vermir. Jandarmların dediyindən belə çıxır ki, guya qanunda belə bir şey yoxdur, ona görə də...
Ən pisi – adamın öz gərəksizliyinə tədricən inanmasıdır. Əgər adam öz gərəksizliyinə,
yararsızlığına dərhal inanırsa, heç bir qorxusu yoxdur – demək, dərhal da unudacaq; yox, əgər bu fikrə
tədricən gəlib çıxırsa, onda işlər xarabdır. Daha heç kim bu fikri onun beynindən çıxara bilməz; bundan
sonra günbəgün üzülməyə, sınıxmağa başlayacaq, cinayətkarların qənimi olan yuxusuzluq ona aman
verməyəcək, axırına çıxacaqdır. Bir sözlə, hesab elə ki, beləsinin işi artıq bitib.
Joaken Bonom bu cür ağır fikirlərdən xilas olmaq istəyirdi. Daha doğrusu, bəzən istəyirdi, bəzən
də taxta ayağını nəvazişlə sığallaya-sığallaya və cib bıcağını çıxarıb üzərində öz inisialını cıza-cıza fikrini
dağıdırdı.
– Lənət sənə, kor şeytan! Ayağın olmaya, amma yenə kişi sayılasan! – deyib özünü inandırmağa
çalışır, sanki burasını daha dərindən anlamaq istəyirdi. Sonra da düşünürdü: bax Ferminin hər iki ayağı
salamatdı, amma nə fayda?
Estrada artisti olan qaynından Joaken çox da xoşlanmırdı: onun fikrincə, bədbəxt o adamdı ki, nə
kişi kimi kişidir, nə arvad kimi arvad. Fermin Tuluzaya gələrkən, Joaken gecələmək üçün ona öz evində
yer versə də, qaynı ilə çox saymazyana davranır, bəzən lap açıq-aşkar ədəbsizlik edirdi. Növbəti iyrənclik
Ferminin qulağına çatanda o, qəzəbindən fısıldamağa başladı və yeznəsi barədə düşündüklərini onun
gözünün içinə söyləməkdən özünü güclə saxladı. Bacısı isə acığa düşüb bildirdi ki, bəs gözü öz-özünə çıxıb
düşüb.
Mençu qardaşına xüsusi rəğbət göstərirdi: hər axşam dalına düşüb onun ardınca “Xo-xo” kafesinə
yollanır, Ferminin çıxartdığı bütün oyunlara olmazın həvəslə, ləzzətlə tamaşa eləyirdi; qonşu arvadların
qabağında öz artist qardaşıyla əməlli-başlı qürrələnir, hər axşam göbələkdən növbənöv xörəklər hazırlayırdı
ki, bunları da Fermin çox xoşlayırdı.
– Siz heç görmüsünüz Rakeli o necə yamsılayır? Görmüsünüz Pavlovanı necə yamsılayır?
Mistengettin, Arxentinanın oyununu qardaşım necə çıxarır, görmüsünüz?
Qonşu arvadlar ağızlarını ayırıb həsədlə Mençuya baxır, düşünürdülər ki, kaş bizimkilər də artist
olaydı. Sonra da hərəsi özlüyündə utana-utana fikirləşirdi: mənim Raulum yanğınsöndürəndir... mənim
Pyerim cənab Lafenetin prikazçikidir... Etyen neçə ildir madmazel d'Alasın atlarını qaşovlayır... Yox bir!
Bircə səhnələri çatışmırdı; bircə o qalmışdı ki, səhnəyə çıxıb camaatın qabağında özlərini rüsvay etsinlər!
Və Raulun “Cənab Petronun rayoku”nda1(rayok –xalq teatrı) necə süzməsini, Pyerin “Petruşka” baletində
cəld fırlanmasını, Etyenin isə – ölən qu quşunun! – barmaqlarının ucunda nə cür rəqs etməsini
təsəvvürlərində canlandırıb xəyalən gülümsünürdülər... Yöndəmsizlər!
Borclu qalmasınlar deyə, hərdən qonşular deyirdilər ki, bəs guya Fermini (afişalarda onun adı
“Garçon Basque”75 kimi gedirdi) görüblər, bununla da başlarına iş açırdılar: Mençu dərhal arvadların
üstünə şığıyıb onları bir küncə qısnayır, sorğu-suala tutur, karıxmış arvadlar Ferminin dahi olduğunu
söyləməyincə onlardan əl çəkmirdi. Joaken isə, əksinə, Garçon'a xüsusi rəğbət bəsləmirdi, Mençuya da tez-
tez eşitdirirdi ki, indən belə öz çardağında onun artist qardaşına yer vermək fikrində deyil.
– Mənim evim kasıb, ancaq namuslu evdir. O gədənin burda yaşaması dedi-qoduya səbəb olacaq,
görərsən!
Mençu ipə-sapa yatmır, dil-boğaza qoymadan dönə-dönə deyirdi ki, bəs qonşular onun heç vecinə
də deyil; öz yanında qardaşına sığınacaq verməyə isə hər bir bacının tam ixtiyarı var, üstəlik də, otaqları
kifayət qədər genişdir və Ferminə yer gen-bol çatır.
Ancaq bu axırıncı sözlər ağ yalan idi, çünki otaqda genişlik dediyin şeydən əsər-əlamət yox idi.
Mençu isə (sevgidənmi, ya başqa səbəbdənmi) öz fikirlərini əsl xristian səbri ilə aydınlaşdıran ərinə zərrəcə
məhəl qoymur, sözlərini eşitmək belə istəmirdi.
Əslinə qalsa, Blanşar küçəsində qonaq saxlamağa bircə dənə də münasib mənzil tapmazsan. Küçə
ensiz, balaca, çirkli və darısqaldı; küçəni hər iki tərəfindən sıx-sıx əhatə edən evlərsə divarlarında yalnız
illərin və axıdılmış qanların izini saxlayan boz təbəqə ilə örtülmüşdü. Joakenin qərar tutduğu on yeddi
75 Басклы оьлан (фran.)
158