Page 157 - "Xəzər"
P. 157
Qış mövsümləri Tuluzanı büsbütün qaramat basır. Hava tez qaraldığından qaz fənərləri elə
axşamdanca yandırılır; uzaqlardan atılmış uşaqların zığıltısını andıran şarmanka səsləri gəlir; kafelərin
pəncərəsinə qırçınlı pərdələr çəkilir; zirək qadınlarsa artıq heç nəyə yaramayan köhnə-kürüş məişət əşya-
larını toplamaqçün dəridən-qabıqdan çıxırlar. Bir daha xatırladaq ki, Tuluza çox kədərli, çox cansıxıcı
yerdi; belə yerlərdə isə, aydın məsələdir ki, adamın fikri də dağınıq olur – bir də gördün basıb əzdilər.
Joaken Bonom xeyli peşə dəyişmişdi: şaxtaçı, qrimçi, aptek firmasının ticarət agenti, piyada qoşunu
serjantı, monarxist, bank quluqçusu, vergiyığan, hətta Arkaşonada jandarm da işləmişdi. İşləyib bir neçə
min frank yığandan sonra belə qərara gəlmişdi ki, evlənsin. Amma qərar verməzdən qabaq yaxşı-yaxşı
fikirləşmişdi (kəbin ciddi məsələdir!), xeyli düşünüb-daşınmışdı, öz ağlına çox da bel bağlamayıb, hətta
özgələrlə də məsləhətləşmişdi. Və yalnız bundan sonra, el arasında deyildiyi kimi, şeytanın qıçını qırmışdı.
Xalis ifritə olan Mençu çox yöndəmsiz, yekəpər, yekəburun, keçəl, qırmızısifət bir arvaddı, həm də
elə müzürdü ki, hətta bir dəfə öz doğmaca qardaşı (əsla ifritəyə-filana bənzəməyən!) Fermin hirsindən onun
bir gözünü vurub tökmüşdü.
Ağıllarına həmişə səfeh şeylər gətirən mənzil sahibləri axır vaxtlar Ferminin uşaqbazlığından
şübhələnib, onu gözümçıxdıya salmışdılar, cahıl oğlan da bu dedi-qoduların ucbatından axırda Aspetiyanı
tərk etməyə məcbur olmuşdu. O vaxt Ferminin on doqquz yaşı vardı. İki il keçəndən, bacısının gözünü
tökəndən sonra isə Bordodakı balaca “Müzett” yeməkxanasında məşhur bir aktrisanı təqlid etmişdi. Fermin
həmişə xarici araq içir, “L'amouret le printemps”74 mahnısını zümzümə edir, qaşlarını da aldırırdı.
Ömrü boyu heç bir bəd təsadüfdən gileylənməyən Joaken ayağını toydan az sonra, çox səfeh şəkildə
itirmişdi – Bayonnadan gedərkən qatarın altına düşmüşdü. Düzdür, Joaken and-aman eləyirdi ki, guya
qatarın altına onu arvadı itələyib salıb, amma çox güman ki, elə özü yıxılmışdı, çünki həmin gün bərk
kefliydi. Hər necə olsa, o gündən Joaken ayaqsız qaldı və şam ağacından protez ayaq hazırlanana qədər
yazıq az əziyyət çəkmədi.
Arvadını Joaken lap hamının gözü qabağında da günahkar çıxarırdı və tamamilə gözlənilən idi ki,
nə vaxtsa dalından təpik ilişdirib biryolluq evdən qovsun. Təpik məsələsini xəyalında çox düşünmüşdü, di
gəl, bu işin onu ciddi narahat edən bir əmması vardı – qorxurdu ki, təpik elə xam xəyal olaraq qalsın. “Bu
nə kişilikdir axı, – yazıq heç cür toxtamaq bilmirdi, – arvada təpik ilişdirmək üçün gərək yanında həmişə
bir cüt stul hərləyəsən!..”
Mençu ərinin şikəstliyini lağa qoyub, kişini açıq-aşkar ələ salırdı, Joaken isə arvadını qarğıya-
qarğıya axırda hirsindən hətta ayağının ağrısını da unudurdu. Özü də o ayaq ki, olsa-olsa, aparıb zibilliyə
tullamışdılar. Bu neçə vaxtda Joaken nə illah eləsə də, ha cəhd göstərsə də, ayağının hara yox olduğunu
öyrənə bilmədi.
– Axı onu neylədilər?
Zibillikdə bir parça ətə göz yummaq göründüyü qədər də asan məsələ deyil – Fransa mədəni
ölkədir, ola bilsin jandarmlar ayağı tapıb, xəstə bir tifil kimi əskiyə bükərək prefekturaya aparmışdılar.
Komissar da dişqurdalayanı ağzından çıxarıb, xidməti kürsünün kəlləçarxında qərar tutan mötəbər zatlara
məxsus bir təbəssümlə tələsmədən bığlarını tumarlamış, sonra masanın siyirməsindən lupanı götürüb
(lupada isə napnazik tük belə məftil yoğunluğunda görsənir!) gəmi kimi qaltaq, ev qulluqçuları kimi
burunlarını hər yerə soxmağı xoşlayan jandarmlarına üz tutaraq mənalı-mənalı demişdi:
– Aydındır, uşaqlar, aydındır…
Jandarmlar isə, heç şübhəsiz, bu etimaddan xoşallanaraq bir-birinin üzünə baxmışdılar. Dəhşət!
Bəzi fikirlər sadiq tulalar kimi əl-ayağımıza dolaşıb bizdən əl çəkmir, bəzi fikirlər də əcaib kabuslar kimi
canımıza daraşıb bizə olmazın əzab verirlər. Belə şeylərin dərinliyinə varanda adam özünü istər-istəməz
narahat hiss edir.
Jandarmlara nəzər salaq.
Jandarm heç də Roma papası deyil; bəzən o da səhvə, yanlışlığa yol verə bilər. Bax onda bizim
işlərimiz fırıqdır. Jandarm bizi komissarın yanına çəkib gətirər, ancaq komissar da axı Roma papası deyil!
Və bu minvalla axırda biz barmaqlıqlar arxasında, qızdırmanın tüğyan elədiyi dəmir qəfəsdə peyda ola
bilərik.
74 Мящяббят вя бащар (фran.)
157