Page 142 - "Xəzər"
P. 142
İnsanın şəxsi həyatı, onun görkəmi kütlənin sərvəti olmamalıdır”. German Brox
özü, Müzil və Kafka barədə: “Üçümüzün həqiqi bioqrafiyamız yoxdur”. Bu, onların
həyatında az hadisələr baş verdiyini göstərmir. Bu o deməkdi ki, yazıçı kütlənin gözü
qabağında olmamalı, bioqrafiyaya çevrilməməlidir. Karel Çapekə ünvanlanmış sual:
“O niyə şeir yazmır?” Onun cavabı: “Çünki özüm haqqında danışmağa nifrət
edirəm”. Əsl romançının fərqləndirici cəhəti: özü haqqında danışmağı sevmir. “Mən
öz burnumu böyük yazıçıların həyatına soxmağa nifrət eləyirəm və heç zaman heç
bir bioqraf mənim şəxsi həyatımın üzərindən pərdəni götürməyəcək”, – Nabokov
deyir. Folknersə: “Çap olunmuş kitablarından başqa, heç bir iz qoymadan insan
kimi itib getməyı, tarixdən silinməyi”, – arzulayır (“kitablar” və “çap olunmuş”
sözlərini qeyd eləyək, deməli, yarımçıq əlyazmalar, məktublar və gündəliklərdən
söhbət getmir). Kafkanın məcazı mənada dediyinə görə, romançı təzə ev – öz
romanının evini tikmək üçün öz həyat evini kərpic-kərpic sökür. Burdan belə çıxır
ki, romançının bioqrafiyası onun tikdiyini uçurur, uçurduğunu isə tikir. Onun
neqativ işi romanın dəyərini, mənasını aydınlaşdıra bilməz: olsa-olsa, bir neçə kərpic
uyğun gələ bilər. Kafka Jozef K-dan daha artıq əhəmiyyət kəsb elədiyi məqamda
yazıçının ölümdən sonra ölməsi prosesi başlanır.

Rythme. Ritm. Həyat möhlətinin sona çatdığını xatırladan ürək döyüntülərimi
eşitmək məndən ötrü dəhşətdi. Buna görə də partituradakı taktları ayıran xətlərdə
həmişə nəsə mənhus bir şey görmüşəm. Amma böyük ritm ustaları bu nəzərdə
tutulan yeknəsəq müntəzəmliyi susdurmağı və musiqini “zamandan kənardakı vaxt”
guşəsinə çevirməyi bacarıblar...

Valeur. Dəyər. 60-cı illərin strukturalizmi dəyər məsələsini mötərizə xaricinə
çıxardı. Amma strukturalist estetikanın banisi deyir: “Yalnız obyektiv estetik dəyərin
mövcudluğunun ehtimal olunması sənətin tarixi təkamülünü mənalandırır” (Yan
Mukarovski. “Estetik funksiya, norma və dəyər sosial fakt kimi”, Praqa, 1934).
Dəyəri etiraf olunan, sadəcə, faktların sıralandığı yox, dəyərlərin üzə çıxarıldığı əsər
sənətin tarixi təkamülünün bir hissəsi ola bilər. Əgər dəyər məsələsini bir kənara
qoyub, hansısa tarixi dövrə, mədəniyyətə mənsub olan əsərin təsviriylə (tematik,

142
   137   138   139   140   141   142   143   144   145   146   147