Page 143 - "Xəzər"
P. 143
ioloji, formal) kifayətlənsək, əgər bütün mədəniyyətlər və mədəni fəaliyyət
növləri arasında (Bax və rok, komikslər və Prust) bərabərlik işarəsi qoysaq, əgər
sənət tənqidi (dəyər barədə düşüncələr) daha özünüifadə eləyə bilməsə, “sənətin
tarixi təkamülü” mənasını itirər, dağılar, əsərlərin məzmunsuz yığınına çevrilər.
Vie (avec le V en majuscule). Həyat (böyük H hərfiylə). Sürrealistlərin
“Meyit” pamfletində (1824) Pol Eluar Anatol Fransa qarşı kəskin müraciətlə çıxış
eləyir: “Meyit, biz sənin kimiləri daha sevmirik” və i. a. Bunun ardınca gələn sübut
tabuta vurulan təpikdən məni daha artıq maraqlandırır: “Daha göz yaşları tökmədən
haqqında fikirləşə bilmədiyim, indi yalnız şəfqətin ruhlandırdığı həyat, bu gün hələ
əhəmiyyətsiz xırdalıqlarda ortaya çıxır…”
Eluar bədbinliyə, skeptisizmə qarşı əhəmiyyətsiz xırdalıqları, göz yaşlarını,
şəfqəti, Həyat şərəfini, bəli, bəli, böyük hərflə yazılan Həyatı qoyur!..
Çevirdi: Nəriman Əbdülrəhmanlı
TÜRK QARDAŞLARIMIZ
NƏRMİN ƏRBİL
YARALI QUŞ
İraq türkmən şeirinin solmayan çiçəyi...
Onu hər yerdə, mübaliğəsiz, bax elə beləcə adlandırırlar.
İraq Türk (türkmən) ədəbiyyatının ünlü qadın şairlərindən olan, min illərdi türklüyün əyilməyən
elm və irfan qalası sayılan, ata-baba ocağı Ərbili özünə soyad götürən Nəsrin Ağa Ərbil 1939-cu
ilin 29 sentyabrında İraqın qədim türkmən şəhəri olan Ərbildə doğuldu.
Atası Ataullah Ağa Rəşid bəy Ərbilin sayılıb-seçilən sülaləsindən, anası Xeyriyyə xanım isə
Kərkükün tanınmış Sarıkəhya ailəsinə mənsub İzzət Paşanın (1920-ci illərdə İraqın ilk Təhsil və
səhiyyə naziri) qızıdır.
Atası və qardaşları dövrünün tanınmış ədib və şairlərindən olan Nəsrin xanım hələ kiçik
yaşlarından ailə kitabxanasında bilgilərini artırmış, poeziya və rəssamlıqla maraqlanmış və yaxın
çevrəsində formalaşan ədəbi ortamda, xüsusən türk və ərəb dilində yaşadığı dönəmin ünlü
şairlərindən olan atası Rəşid bəyin isti misralarına qızınaraq ilk qələm təcrübələrini yazmağa
başlamışdır. Sonralar Türk şeirinin Məhməd Akif Ərsoy, Tofiq Fikrət, Yahya Kamal Bayatlı,
Cahid Sıtqı Tarançı və Orxan Vəli Qanıq... kimi üslub və forma baxımından bir-birindən fərqli
məktəblərə məxsus şairlərin yaradıcılığıyla tanış olaraq onlardan təsirləndi. Ana dili türkcədən
başqa bir sıra dil kurslarına gedərək ərəbcə, ingiliscə və almancanı öyrəndi. 1956-cı ildə
Amerikada “Musiq City” tərəfindən təşkil olunmuş yarışmaya qatılaraq “All for love”
143