Page 141 - "Xəzər"
P. 141
virmək, romanı şəxsi etiraflarına çevirmək, bər-bəzəklə yükləmək) demək deyil.
“Şair olan romançılar”ın ən nəhəngləri: Flober, Coys, Kafka, Qombroviç
antilirikdirlər. Roman antilirik poeziyadı.

Roman (europeen). Roman (Avropa romanı). Romanın (roman adlanan hər
əsərin) tarixi (vahid davamlı təkamül) mövcud deyil. Yalnız romanın tarixləri – çin,
yunan-roma, yapon, ortaçağ və s. mövcuddur. Avropa romanı adlandırdığım roman
Yeni tarixin başlanğıcında Avropanın cənubunda doğulur və tarixi hadisəyə çevrilir,
sonralar Avropanın hüdudlarından kənara (qismən hər iki Amerikaya) yayılır. Forma
zənginliyinə, təkamülün başgicəlləndirici ardıcıllığına, sosial roluna görə, Avropa
romanının (Avropa musiqisi kimi) digər heç bir sivilizasiyada oxşarı yoxdur.

Romancier (et ecrivain). Romançı (və yazıçı). Sartrın “Yazıçı nə deməkdir?”
adlı essesini təkrar oxuyuram. O, bir dəfə də roman, romançı sözünü işlətmir. Yalnız
yazıçı – nasir barədə danışır. Dəqiq fərqləndirmədi.

Yazıçını orijinal ideya və bənzərsiz səs fərqləndirir. O, istənilən formadan
(roman da daxil olmaqla) istəsə, istifadə eləyə bilər və onun fikirlərini əks etdirən,
səsiylə çatdırılan əsərlərin hamısı onun yaradıcılığının tərkib hissəsidir. Russo, Höte,
Şatobrian, Jid, Kamu, Monterlan (Anri de Monterlan (1895-1972), fransız yazıçısı).
Romançı öz ideyalarına elə bir əhəmiyyət vermir. O, əlhavasına mövcudluğun
naməlum cəhətləri üzərindən pərdəni götürən ilk şəxsdir. O, öz səsindən yox,
tapmağa çalışdığı formalardan zövq alır və yalnız arzularına cavab verən formalar
onun yaradıcılığının tərkib hissəsini təşkil eləyir. Fildinq, Stern, Flober, Prust,
Folkner, Selin, Kalvino. Yazıçı öz dövrünün, öz millətinin mənəvi xəritəsinə,
ideyalar tarixinin xəritəsinə daxil edilib.

Romanı başa düşməyin mümkün olduğu yeganə kontekst Avropa romanının
tarixidi. Romançı Servantesdən başqa kimsənin qarşısında hesabat verməməlidir.

Romancier (et sa vie). Romançı (və onun həyatı). “Sənətkar nəsilləri özünün
mövcud olmadığına inanmağa məcbur eləməlidi”, – Flober deyir. Mopassan öz
portretinin məşhur yazıçılara həsr olunmuş seriyaya salınmasına maneçilik törədir:

141
   136   137   138   139   140   141   142   143   144   145   146