Page 140 - "Xəzər"
P. 140
zün özünün mənası var və semantik cəhətdən dəyişdirilə bilməz). Paskal: “Əgər
nitqdə sözlər təkrar olunursa və biz onları dəyişməyə çalışanda, o qədər dəqiq
olduqlarını görürük ki, əvəz eləsən, nitqi korlayarıq, bu da onları saxlamaq lazım
gəldiyinin əlamətidi”. Söz ehtiyatının zənginliyi özlüyündə məqsəd deyil:
Heminqueydə məhz sözlərin məhdud seçimi, eyni sözlərin elə eyni abzaslarda təkrar
olunması üslubun musiqisini və gözəlliyini yaradır. Fransız nəsrinin ən gözəl
əsərlərindən birinin ilk abzasında təkrarların incə söz oyunu: “Mən qrafinya de… ni
dəlicəsinə sevirdim; mənim iyirmi yaşım varıydı və sadəlövhüydüm; o, mənə xəyanət
elədi, mən dava-dalaş saldım, o, məni atdı. Mən sadəlövhüydüm, mən peşman
oldum; mənim iyirmi yaşım varıydı, o, məni bağışladı; bir halda ki, mənim iyirmi
yaşım varıydı və mən sadəlövhüydüm, həmişəki kimi aldadılmışdım, amma artıq
atılmamışdım, özümü sevgililərdən ən sevimlisi, deməli, adamların ən xoşbəxti
sayırdım…” (Vivan Denon (1747-1825), fransız yazıçısı, “Nə sabah, nə sonra”
əsərindən).
Rewriting. Təkrar işləmə. Müsahibələr, söhbətlər, söhbətlər məcmuəsi.
Uyğunlaşdırma, çevirmə, kinematoqrafik və televiziya variantları. Vaxt gələcək ki,
keçmişin bütün mədəniyyəti tamamilə təzədən yazılacaq və yeni variantının
arxasında tamam-kamal unudulacaq…
Roman. Roman. Müəlliflərin təcrübəli eqolarının (personajlarının) köməyilə
insan mövcudluğunun bəzi vacib mövzularını mahiyyətinəcən araşdırdıqları iri
prozaik formadır.
Roman (et poesie). Roman (və poeziya). 1857-ci il: yüzilin ən möhtəşəm ili.
“Şər çiçəkləri” (Şarl Bodlerin poetik toplusu): lirik poeziya öz ərazisini, öz
mahiyyətini kəşf eləyir. “Madam Bovari” (Qustav Floberin romanı): roman ilk dəfə
olaraq poeziyanın (niyyəti “hər şeydən əvvəl gözəlliyi axtarmaq; hər bir ayrıca
sözün vacibliyi; mətnin ardıcıl melodiyası; hər bir detala orijinal yanaşma”) yüksək
tələblərinə cavab verməyə hazırdır. 1857-ci ildən romanın tarixi “poeziyaya çevrilən
roman”ın tarixi olacaq. Amma poeziyanın tələblərinə cavab vermək heç də romanı
lirikaya çevirmək (ona xas olan kinayədən imtina eləmək, ətraf aləmdən üz
140