Page 93 - "Xəzər"
P. 93
93 Yapon ədəbiyyatı
2016
Yapon ədəbiyyatı həmişə özünəməxsusluğu ilə diqqətimi çəkib. Bəlkə də elə buna görə
əsərlərini ana dilimizə tərcümə etdiyim yazıçılar arasında yaponların sayı daha çoxdur. Bu
yazıçıların əsərlərinin bəzilərində qədim yapon adət-ənənələri, dini mövzular, bəzilərində
müasir dövrün mənzərələri əsas süjet xətti kimi keçir. Bununla belə, hər bir yapon yazıçısının
hətta ən kiçik hekayəsində, sarsılmaz, yapon ruhu, samuray inadkarlığı duyulur. Bəlkə də
məni özünə çəkən məhz bu ruh, bu inadkarlıqdır.
Yapon ədəbiyyatı dünyaya Yasunari Kavabata, Kindzabure Oe kimi Nobel mükafatı
laureatları, Akutaqava Rünoske kimi dahi yazıçı bəxş etmişdir. Amma oxuyacağınız bu
hekayələrin heç biri bu məşhur yazıçıların qələminə aid deyil. Bu kiçik hekayələrin bəziləri
müəllifsizdir, bəziləri müasir yapon ədəbiyyatının başlanğıc dövründə yazıb-yaradan yazıçılara
məxsusdur. Ancaq yapon hekayəsinin keçdiyi – Akutaqavaya, Kavabataya, Oeyə aparan
yolu, bəlkə də ən yaxşı şəkildə bu hekayələr aydınladır.
Rövşən Ramizoğlu