Page 92 - "Xəzər"
P. 92
qaldı. Deməli, zibil vedrəsini həyətə Alekseyev
2016 aparmalı olacaq. Alekseyev fikrə getdi. Qanı
qaralmışdı. Məgər zibili atmaq ona, elmi işçiyə
yaraşan işdir? Bu onun heysiyyətinə toxunurdu.
Alekseyev mətbəxdə var-gəl eləməyə başladı.
Qəfildən ağlına bir fikir gəldi. O, madam
Qoroxovanın yerə tulladığı qaşığı götürüb,
qətiyyətli addımlarla zibil vedrəsinə yaxınlaşdı.

– Olsun, – Alekseyev aşağı çömbəldi.
İyrənə-iyrənə sıyığın hamısını yedi, sonra
qaşıqla və barmağıyla vedrənin dibini də
sıyırdı.

– Bax belə, – Alekseyev kranın suyunu
açıb, qaşığı tərtəmiz yudu, – nə olur-olsun,
vedrəni həyətə mən çıxarmayacağam.

Alekseyev qaşığı burun dəsmalıyla silib
quruladı və onu stolun üstünə qoyub, öz
otağına getdi. Bir neçə dəqiqədən sonra
hirsindən cilov gəmirən Qoroxova mətbəxə
gəldi. O dəqiqə gördü ki, qaşığı yerdən götürüb,
stolun üstünə qoyublar. Madam Qoroxova
zibil vedrəsinə baxıb, nə görsə yaxşıdır: vedrə
tərtəmizdir. Kefi kökələn madam Qoroxova
kətilə əyləşib, yerkökü doğramağa başladı.

– Mən dediyimi eləyirəm, – madam Qoro-
xova öz-özünə öyündü, – mənə etiraz etməyin,
söz qaytarmağın yeri yoxdur. Heç kəsə, bax,
bu boyda da güzəştə gedən deyiləm! – o,
yerkökündən bir çimdik qopardı.

Elə bu vaxt Alekseyev dəhlizə çıxdı.
– Aleksey Alekseyeviç! – madam Qoroxova
onu səslədi, – hara gedirsiniz?
– Heç, Viktoriya Timofeyevna, – Alekseyev
qapının önündə ayaq saxladı, – vanna otağına
gedirəm.

Daniil Xarms. Hekayələr
   87   88   89   90   91   92   93   94   95   96   97