Page 111 - "Xəzər"
P. 111
– Balıqçı toru? Haradadır balıqçı toru? 111
– Yox-yox, şam ağacı! Əlbəttə ki, şam 2016
ağacı! – Mən güldüm. Mübahisə etməyin yeri
yox idi! Otağa canlı dəniz – sahilində kiçik
liman şəhərciyi yerləşən həmin coşqun dəniz
axıb doldu.
Stulda otura-otura yerimdə yırğalanmağa
cəhd göstərdim. Xoşagəlməz heç bir şey hiss
eləmədim.
Tablo mənə qaranlıq və dar mehmanxana
dəhlizində abstrakt görünmüşdü, məsələ heç
də rənglərin düzgün seçilib-seçilməməsində
və ya xətlərin sərtliyində deyildi. Dostum haqlı
idi, tablodan, doğrudan da, dəniz küləyinin iyi
gəlirdi. Amma məni xəstələndirən həmin qüvvə
onda yox idi.
Dənizlər müxtəlif cür olur. Və onların
qovuşması çətin məsələdir. Mən gənc oğlanın
qara gözlərini xatırladım. Əlbəttə ki, onlarda
hələ də bərq vuran dəniz yaşayırdı.
...Mən qırmızı-qonur dənizin qarşısında
oturmuşdum və yavaş-yavaş tanış bir həyəcan
canıma yayılırdı.

qırmızı-qonur dəniz
   106   107   108   109   110   111   112   113   114   115   116