Page 69 - "Xəzər"
P. 69
O artıq özünə diqqət kəsilmişdi – hövsələylə bəsləyib müdrikcəsinə, sevə-
sevə qoruduğu dünya duyumu məhv olmuşdu, parça-parça edilərək süpürülüb
atılmışdı. Həmin anda başgicəlləndirici və boğucu məstlik hissiylə, içindəki intizar
və xiffətlə bacarmayaraq, işıq dirəyinə söykəndi və iztirabla pıçıldadı:
– Gerda!
Sakitlik idi. Nə bir səs vardı, nə səmir. Balaca cənab Frideman özünü zorla
ələ alıb yoluna davam elədi. Teatrın yerləşdiyi, çaya enən küçə artıq arxada qalmışdı,
indi əsas küçədə idi və şimala doğru, evlərinə sarı addımlayırdı.
Qadın necə baxdı ona! O nə baxış idi! O baxış məcbur etdi ki, gözlərini
gizlətsin. O qadındır, bu kişi, amma bircə baxışıyla ram etdi onu! Məgər onun qonur,
qəribə gözlərində həmin an aşkar qələbə sevinci deyildimi parlayan? Ürəkgetməsi
həddinə çatacaq coşqunun ləzzətini yenə duydu, lakin başlarının az qala bir-birinə
toxunacağı, bədəninin xoş rayihəsini ciyərlərinə çəkdiyi anı xatırlayan kimi bir də
ayaq saxladı, qozbel vücudunu var gücüylə dikəldib dişlərini bir-birinə sıxdı və
çarəsizlik içində özünü unudaraq pıçıldadı:
– Aman, İlahi! Aman!
Və düz öz evinin qarşısına yetişənə kimi kimsəsiz küçələrin boğucu
zülmətiylə yenə qeyri-ixtiyari addımladı. Dəhlizdə bir anlıq ayaq saxlayaraq buranın
sərin və bir balaca durğun havasını canına çəkdi, sonra “kontoruna” keçdi.
Açıq pəncərənin qarşısındakı yazı masasının arxasında əyləşdi və kiminsə su
dolu stəkanın içində bura qoyduğu iri qızıl gülə çaşqınlıq içində baxdı. Onu əlinə
aldı və gözlərini yumaraq gülün qoxusunu ciyərlərinə çəkdi. Amma elə eyni anda
kədərli, yorğun bir jestlə stəkanı özündən uzaqlaşdırdı. Yox, yox, bitdi bu məsələ!
İndi bu gül qoxusu, bu vaxtacan onun “xoşbəxtliyini” təşkil edən bütün qalan şeylər
nəyə gərəkdir ki?
Üzünü çevirib pəncərədən sakitcə küçəyə baxdı. Ordan arabir yoldan
ötənlərin əks-səda verərək uzaqlarda susan addım səsləri gəlirdi. Göy üzündə
ulduzlar parlayırdı. Ah, o necə yorulib, necə əldən düşüb! Beynində bircə fikir də
qalmamışdı, içində qaynayan çarəsizlik indi öz yerini yavaş-yavaş əzəmətli, lakin
zərif bir kədərə verirdi. Yaddaşından nəsə parlayıb keçdi, “Loenqrin”in musiqisi