Page 36 - "Xəzər"
P. 36
O səhər bəzi başqa şeyləri də xatırladı, özü də bunlar yalnız bədənə,
sağlamlığa aid xatirələr deyildi; əvvəlcə əllərində bir gizilti hiss etdi, sonra gizilti
bütün sinəsinə yayıldı və neştər kimi içəridən köksünə sancıldı.

Xatırladıqları isə bunlardı: xəstəxananın kandarından içəri ayaq basan kimi
görmüşdü ki, atasının çarpayısının kənarları qaldırılıb, beşiyi xatırladır, atası isə,
ölüm ayağanda ağrıdan qıvrılır. Dişləri töküdüyündən beşikdəki uşaq kimi
görünürdü. O, venasına taxılmış iynələri çəkb çıxarmaq istəyir, ölümqabağı xırıltılı
səslə inildəyirdi. Qan iynələrin üstünü örtən cunaya hopub laxtalanmışdı. Onda Vudi
ayaqqabılarını soyundu və çarpayının kənarlarını aşağı salıb, atasının yanına uzandı
– onu sakitləşdirmək, ürək-dirək vermək istəyirdi. Onu qucaqlayıb (özü ataymış
kimi), təkrarlayırdı: “Ata, yaxşı, yaxşı, sakit ol, sakit ol”. Sonra əməlli-başlı
əlbəyaxa oldular. Bu, o vaxtlar missis Skuqlandın qonaq otağında atasıyla tutaşdığı
səhənəni xatırladırdı: onda da atası iblis kimi qəzəbliydi, Vudi isə onu
sakitləşdirməyə çalışaraq, təkrarlayırdı: “İndicə qayıdacaqlar, sakit ol!” Onlar
sobanın yanında əlbəyaxa olmuşdular. Atası Vudinin dişlərinə kəllə atmış, sonra isə
qorxunc körkəm alıb, qəzəbli durnabalığı kimi pırpızlanmışdı. Onda bunu
“əlbəyaxa” adlandırmaq olardı, bəs indi? Qəlbi sızlayan Vudi şəfqətlə atasını
qucaqladı. Atası ara vermədən çapalayır, çırpınırdı. Bir dəfə atası ona demişdi ki, bu
adamlar heç vax həyatı sənə öyrədə bilməyəcəklər. Onlar nə qanır ki, həyatdan? Hə,
ata, indi gördünmü, həyat nədir? Vudi heç cür başa düşə bilmirdi ki, səksən üç ildir
fikrindən dönməyən, öz mövqelərini əldən verməyən atası indi niyə geriyə çəkilir?
İndi atasının yalnız bir istəyi vardı: bu mövqeni tərk etmək, azad olmaq, qurtulmaq.
Ancaq Vudi atasının iynələri damarından çıxarmasına imkan verə bilməzdi.
Baxmayaraq ki, atası öz bildiyini eləyən idi, “həmişə istədiyinə çatırdı”. Atasının
istədiyi nəydi axı? Vudi bunu kəsdirə bilmirdi – o, hadisələrin belə şəkil alacağını
gözləmirdi.

Bir azdan atası heydən düşdü, artıq müqavimət göstərmirdi. O, son dəfə
çırpınıb, quruyub qaxac olmuş bədəniylə oğluna qısıldı. Palataya gələn tibb bacıları
onlara göz kəsilmişdilər. Onların məzəmmət dolu baxışlarını görən Vudi başıyla –
əlləri məşğul idi – “çölə çıxın” işarəsi verdi. Vudi onu sakitləşdirdiyini düşünürdü,
sən demə, atası onu barmağına dolamağın yeni üsulunu tapıbmış. Atasının bədəni
   31   32   33   34   35   36   37   38   39   40   41