Page 41 - "Xəzər"
P. 41
n içində ötəri yuxuyla uyuyan vəhşinin sükutundan arxayın olma. O bu görüntünü səndən
ötrü yaradır ki, fürsət düşən kimi qurbanının üstünə atılsın.

Əl-Cilani

***
Halal qida Allaha xidməti təlqin edər.

Cəlaləddin Rumi

***
Ölüm – sevəni öz Sevgilisinə qovuşduran körpüdü.

Rabia

***
Sən təxəyyülünün sənə dediyini dinlədikcə, daxili işığın güclənəcək.

Əd-Dərqavi

***
Nəfəsinlə də işlə. Bu, nəfəsinin boş yerə işləməsinə imkan verməyəcək.

Şah Nəqşbənd

***
Siz ağzınıza qoyduğunuz hər tikənin qeydinə qalmalısız. Onu ağzınıza qoymazdan əvvəl
fikrinizi toplayıb üstünə Allahın adlarından birini oxuyun. Sonra o biri tikəni əlinizə alıb
onunla da həmin şeyi edin və buna, yeməyiniz bitib qurtaranacan davam edin.

İbn Ətaul-lah

***

Mən agah oldum və anladım ki, hər şey fanidi. Oyandım və anladım ki, yatmışammış.
Bədəxşani

***
Bu dünyanın fövqünə öz alçaq xislətinə qalib gələnlər ucalacaq.

Fəridi əd-Din əl-Əttar

***
Mənim xəstəliyim qəlbimdədi. Dünyanın bütün loğmanları bir yerə yığılsalar belə, ona əlac
edə bilməzlər. Bu xəstəliyin şəfası – Allaha qovuşmadı…

Rabia
   36   37   38   39   40   41   42   43   44   45   46