Page 40 - "Xəzər"
P. 40
İnsan zaman-zaman xislətində olanlara müqavimət göstərə-göstərə, onu içinə sıxıb
saxlayırsa da, sonda mütləq ağır qarşıdurmalar baş verir.
Şah Vəliyullah
***
Əbu Yazid soruşdu: «Sənə yaxın olmaq üçün neyləməliyəm»?
Mövcud Olan cavab verdi: «Özünü bir kənara qoy və gəl».
İbn Ərəbi
***
Bir dua tənhalıqla başa çatmır.
Sufi kəlamı
***
Sənin ruhunun İsa Məsihi səndə, sənin öz içindədi. Köməyi ondan dilə.
Cəlaləddin Rumi
***
Bilən kəs hər an Allaha o ana qədər yaxın olduğundan daha yaxın olandı.
Əl-Cilani
***
Əgər insan ölümdən sonra olanın nə olduğunu bilsəydi, bu dünyada qalmağı arzulamazdı.
Əl-Cilani
***
Haqqı yaşamadan izah etmək mümkün deyil.
İbn Abbad
***
Nə qədər ki, sən örtüyün o biri üzünə keçməmisən, heç nə eşitməyəcəksən. Maarifsiz kəsin
qulaqları mələklərin dediyini eşitməz.
Hafiz
***
İnsanlar yaxşı bildiklərini düzgün, yaxşı bilmədiklərini yanlış hesab edirlər.