Page 34 - "Xəzər"
P. 34
Disney firması Floridada özünün ikinci əyləncə parkını açmışdı. Vudi
hiamyə etdiyi adamların könlünü açmaq üçün onları həmin parka göndərirdi.
Əlbəttə, hamısını birdən yox. Hamıdan çox Qalina sevinirdi. Parkdan qayıdandan
sonra hamıya yaylı Linkolnun söylədiyi nitqdən danışırdı: “Doğru sözümdür,
yerindən qalxır, əllləri, dodaqları tərpənir. Elə bil, canlıdır! Elə gözəl danışır,
nitqindən doymaq olmur”. Qalina onların hamısından ağıllı, xoşxasiyyət və dürüst
adam idi. Atası öləndən sonra onun sosial təminat idarəsinin qarşılaya bilmədiyi
ehtiyaclarını Vudi və Qalinanın stadionda orqan çalan oğlu Mitoş ödəyirdi. Atası
sağlığında heç nəyi sığorta etdirməmişdi, çünki onları fırıldaqçı sayırdı. O, Qalinaya
yalnız Nuh əyyamından qalma avadanlıq miras qoymuşdu, vəssalam.
Vudinin özü də kefindən qalmırdı. İldə bir dəfə işləri başlı-başına buraxır,
yaxınlarına baxmağı bankın məxfi əməliyyatlar şöbəsinə tapşırıb, səyahətə çıxırdı.
Səyahət zamanı isə özünə korluq vermir, ürəyi istəyən kimi əylənir, dincəlirdi.
Yaponiyaya qədər gedib çıxmışdı. Yaponiyada Tokioya getmədi, əvəzində üç həftə
Kiotoda qaldı. On yeddinci əsrdə, bəlkə ondan da əvvəl tikilmiş “Tavaraya”
mehmanxanasında qalırdı. Burada yaponlar sayağı döşəmədə yatır, qaynar suda
çimirdi. Vudi Kiotoda ad çıxarmış striptiz-bara da getdi, ibadətxana bağlarını və
digər müqəddəs yerləri də ziyarət etdi. Bundan başqa Vudi İstanbula, Yerusəlimə,
Defiyə də səfərlər etmişdi. Turist qruplarına qoşulub, sürücülər, bədəvilər və bazar
alverçiləri ilə birlikdə Birmaya, Uqandaya, Keniyaya ov səyahətlərinə çıxmışdı.
Ünsiyyətcil, səxavətli, hamıyla nəzakətli davranan Vudi getdikcə kökəlirdi –
çılpaqlananda intibah dövrünün saray əyanlarına oxşayırdı – buna baxmayaraq,
əvvəlki kimi qıvraq idi (səhərlər qaçır, ağırlıq qaldırmaqla məşğul olurdu) və ildən-
ilə daha sağlam görünürdü. Əsil təmiz hava həvəskarıydı: kürəyinin dərisi çil-çil,
alnı kərpic qırmızısı, günəşdə yanıb qaralmış burnu ləkə-ləkə. Əddis-Əbəbədə
küçədən bir gözəl həbəş qadınını mehmanxanaya gətirib, onunla birlikdə duşa
girmiş, onu öz iri əllərilə sabunlayıb çimizdirimşdi. Keniyada bir zənci qızına
Amerika söyüşlərini öyrətmişdi. Vudi Merçison-Folsun aşağılarında, Nildə də
olmuşdu. O, mavi evkaliptlərin çeyilliklərdən ucalan gövdəsini, çayın dayaz
yerlərində dayanıb, yaxınlıqdan üzüb keçən motorlu qayıqlara diş qıcayan
begemotları hələ də xatırlayırdı. Yadındadır, begemotlardan biri qumluqda oyun