Page 33 - "Xəzər"
P. 33
– Bir az həyacanlandım, olan işdir, – atası dedi. – Ancaq bilirdim ki, belə tez
duyuq düşməzlər.
Atasının anasıyla, Rebekka xalayla və müqəddəs ata Kovnerlə savaşında o
oğurluq hadisəsi növbəti hücum aktı idi. Atası realizm tərəfdarıydı. Anası isə dinin
və ilahi qəm-kədərin gücünə istinad edirdi. Düz qırx il fasiləsiz dava-qırğın. Vaxt
isə yerində saymır, indi ana və qızları dövlətdən aldıqları maddi yardımla miskin
həyat sürürdülər. Həyatda heç nəyə nail ola bilməmişdilər. Ələbaxan, ağıldankəm
adamlardılar, belə deyək, həyatda onların bəxti gətirməmişdi. Başdan-ayağa günaha
batmış Vudi butun bu müddət ərzində onlara arxa-dayaq olmuş, layiqli oğul və
qardaş kimi onlar üçün əlindən gələni əsirgəməmişdi. Dam örtüyünü təmir etməkdən
tutmuş, daş hörğünün yarıqlarını malalamağa, naqilləri izolyasiya etməyə və
kondisinoneri sazlamağa qədər – ev işlərinin hamısını o görürdü. İstilik, elektrik,
yemək xərclərini də o ödəyir, hamısına “Sirs, Roubak, Viboldt” firmasından əyin-
baş alırdı. Onlar Vudinin aldığı televizora elə heyranlıqla, xilaskarcasına baxırdılar
ki, elə bil, dua eləyirdilər. Paula parçaya naxışsalma sənətinə yiyələnmək üçün kursa
gedir, hərdən psixiatriya müalicəxanasında əmək terapiyası ilə məşğul olaraq, az-
çox pul qazana bilirdi. Ancaq tündxasiyyətli olduğundan, bir işdə davamlı qala
bilmirdi. Reputasiyası korlanmış atası ömrü boyu başqalarının paltarının kirini
yumaqla məşğul oldu. Atası Qalinayla birgə Vest-Rocers-parkdakı kimyəvi
təmizləmə məntəqəsini işlədirdilər. Orta səviyyəli özünəxidmət müəssisəsi idi, ağır
iş deyildi, odur ki, atasının bilyard və qumar oynamağa, at yarışlarına pul qoymağa
da vaxtı qalırdı. O, hər səhər arakəsmənin o üzünə baş çəkirdi ki, yoxlasın,
paltaryuyan maşınların darağına nəsə ilişib, ya yox? Atası maşınların barabanına
atılan paltarların cibindən maraqlı şeylər tapırdı: bəzən zəncirli medalyon, bəzən də
broş. O, maşınlara plastmas qablardan çəhrayı və mavi maye töküb, təmizləyici
maddəni yeniləyir, sonra qəhvə içə-içə “Forvard”ı vərəqləyir və işləri Qalinaya
tapşırıb gedirdi. İcarə haqqını ödəyə bilməyəndə Vudi onların dadına çatırdı.