Page 39 - "Xəzər"
P. 39
Az ye. Bu, sənin qəlbindəki yeri genişləndirəcək.

İbn Ərəbi

***
Xeyirxahlığı alət kimi işlədən kəs hər şeyə qadirdi.

Əl-Cilani

***

Mənim mövcudluq barədə anlayışımda nə isə baş verib. Elə bir şey baş verib ki, o, daim
mənim qəlbimi heyrət və xeyirxahlıqla doldurur.

Hafiz

***
Allah çoxlu güzgülər yaratdı və onların hər birində Öz Simasını yerləşdirdi.

Cami

***
Haqq Sahibinin pıçıltısını yalnız qəlb eşidər.

Əl-Cilani

***

Şöhrətdən, onu gətirəndən qorun. Adi insanların arasında ol və özünə yüksəliş arzulama.
Süfi kəlamı

***
İşlə. İçindəki quyunu qazmağa davam et. İstirahət barədə, əsla düşünmə.

Cəlaləddin Rumi

***

Vaxt azalır, qidalı su axıb qurtarmaq üzrədi. Onu, bölünüb pərən-pərən olmamışdan iç.
Cəlaləddin Rumi

***

Həqiqi mövcudluq Allahın mövcudluğudu. Uydurma mövcudluq bu dünyanın
mövcudluğudu.

Nəsəfi
   34   35   36   37   38   39   40   41   42   43   44