Page 38 - "Xəzər"
P. 38
İbn Ərəbi

***

Vəsiyyətimi unutma. Öz alçaq xislətinlə daim savaş, ona qalib gəlməyə çalış. O səbəbdən ki, ya
sən ona qalib gəlməlisən, ya o sənə. Üçüncü yol yoxdu.

Əl-Cilani

***
Mən duama mane ola bilən heç nəyə vərdiş eləmirəm.

Əl-Qəzali

***

Allah daim yaxınındadı, səni öz yanında saxlaya-saxlaya, qulağına Ol! – pıçıldayır…
Cəlaləddin Rumi

***

Hafiz öz andını pozdu və öz qəlbini ağrıtdı. Amma Dostu onu bağışladı, geriyə dönüb, yenə
ona sarı gəldi.

Hafiz

***
Sufi bu günün övladıdı. Yolda bir kəs «sabah» sözünü dilə gətirməz.

Cəlaləddin Rumi

***
Bu gün olduğun yer səndən ötrü Allah tərəfindən xəritədə çəkilib.

Hafiz

***
Əgər O, yeganə həqiqi reallıqdırsa, onda, şübhəsiz ki, bütün dünya təxəyyüldür. Bunu
anlayan hər kəs incə dünyanın sirlərindən agahdır.

Şeyx Nemətullah

***
Şeytan Musa əleyhissalama dedi: «Bu vacib qaydanı unutma: heç bir zaman «mən» demə
ki, mənə bənzər olmayasan».

Fərid əd-Din əl-Əttar

***
Dularındakı Günəşi zərrə-zərrə özünə çəkməyə davam et.

Hafiz
   33   34   35   36   37   38   39   40   41   42   43