Page 32 - "Xəzər"
P. 32
– Sən axı yəhudiləri dinindən döndərmək istəməyəcəkdin, amma onlar
səndən bunu istəyirdilər.
– Yəhudilərin başını piyləməyə girişmişdilər, – Vudi dedi. – Yaxşı ki, onlara
qoşulmadım.
Atası Vudini öz tərəfinə çəkə bilmişdi – axı canı canından, qanı qanındandı:
oğlu da atası kimi gönüqalın, yonulmamış adam idi. Mənəvi həyat üçün gəlməmişdi
bu dünyaya. Ha çalışsın…
Nə atası Vudidən pis idi, nə də Vudi atasından yaxşı. Nəzəri
ümumiləşdirmələrdən atasının zəhləsi gedirdi, ancaq hər fürsətdə Vudiyə yol
göstərməkdən də yorulmurdu. Vudi də özünü ondan öyrəndiklərinə uyğun aparır,
şad-xürrəm, qayğısız, sadə və prinsipsiz bir həyat yaşayırdı. Vudi eqoizmin nə
olduğunu bilmirdi, başqa zəif tərəfləri yox idi. Bu, atasının işinə yarasa da, Vudini
tənbeh etməkdən də qalmırdı. Atası ona hey: “Hər şeyi üstünə götürmə” – deyirdi.
Ancaq Vudi məhz atası təpədən-dırnağa eqoist olduğu üçün ona könül bağlamışdı.
Eqoistləri isə, məlum olduğu kimi, hamıdan çox sevirlər. Onlar elə işlər görürlər ki,
sən bunları heç vaxt özünə rəva görməzsən. Onlara da elə buna görə bağlanırsan,
onların cazibəsindən çıxa bilmirsən.
Vudi birdən-birə lombard qəbzini xatırladı və özünü gülməkdən saxlaya
bilmədi, o qədər güldü ki, axırda çeçəməyə başladı. Onu seminariyadan və
missiyadan qovanda atası demişdi:
– Onların yanına qayıtmaq istəyirsən? Al bu qəbzi. Nimçəni girov qoydum.
Deyəsən, yanılmışam – elə də qiymətli şey deyilmiş.
– Nə qədər verdilər?
– Vur-tut on iki dollar yarım. Ancaq nimçə sənə lazımdırsa, pulunu özün tap
– hamısını xərcləmişəm.
– Kassir çeklə bağlı missis Skuqlunda zəng eləməyə gedəndə, deyəsən,
əməlli-başlı qorxmuşdun?