Page 37 - "Xəzər"
P. 37
aş-yavaş soyumağa başladı – tapdığı üsul bu idi. Bədəninin hərarəti əriyib, yoxa
çıxırdı. Adam bəzən əlində balaca bir yırtıcını sıxanda da belə olur – Vudi hiss edirdi
ki, atası soyuyur. Sonra Vudi atasını bərk-bərk sinəsinə sıxdı, ona elə gəldi ki, artıq
onu tutub-saxlaya bilib, ancaq elə bu an atası ikiləşdi. İstilik bədənini tamamilə tərk
edəndən sonra isə, aradan çıxıb, ölümünə sığındı. Yaşlı, iri cüssəli, tökmə bədənli
oğul hələ də onu özünə sıxır, qucaqlayırdı. Ancaq artıq qucaqlamalı heç nə yox idi.
Bu tərs, inadcıl adamı əllə tutub saxlamaq mümkün deyildi, o həmişə öz bildiyini
eləyirdi. nəsə eləmək lazım idisə – eləyirdi, həmişə də öz bildiyi kimi. Hər dəfə də
adamı mat-məəttəl qoymağı bacarırdı. O da belə adam idi.

XİLAS YOLUNUN YOLÇULARI
QƏDİM SUFİLƏRİN SÖYLƏDİKLƏRİ

Bu dünyanın riyasından və yaltaqlığından az ye.

Cəlaləddin Rumi

***

Axtaranı firavanlıqda tapanda, başa düşürəm ki, ondan heç nə çıxmayacaq.
Hüseyn ər-Razi

***

Özünü alçaq xislətinin istəklərindən xilas et. Bu dünyanın böyük hissəsini məhv edən odu.
İbn Ərəbi

***
Şeytanın məqsədi – səni yorub əldən salmaq, başını cəfəng işlərə qatıb yerə yıxmaqdı.
   32   33   34   35   36   37   38   39   40   41   42