Page 30 - "Xəzər"
P. 30
– Bir dollarlıqlarla, – sonra üzünü Vudiyə tutub, izah elədi: – Buyak pullarını
bir dollarlıq əskinaslarla saxlayır.

Ancaq Vudi artıq Qalinanın pul oğurlaması əhvalatına inanmırdı.

Pulu alıb, küçəyə çıxdılar. Hər yanda yolları qardan təmizləyənlər gözə
dəyirdi. Yenicə doğan günəş adi vaxtlarda olduğundan çox böyük görünürdü –
Çikaqo küçələrində hündür qar təpəciklərinin ömrünə az qalmışdı.

– Oğul, dünən nahaq yerə üstümə şeşələnirdin.

– Orası elədir, amma axı söz vermişdin ki, məni pis vəziyyətdə
qomayacaqsan.

– Yaxşı, yaxşı, ürəyini sıxma, hər şey qaydasındadır. Mənə kömək elədin,
odur ki, gəl, unudaq getsin.

Hər şey bununla bitsəydi, nə vardı! İş burasındadır ki, atası nimçəni qaytarıb
yerinə qoymamışdı. Başqa cür ola da bilməzdi. Bir neçə gündən sonra missis
Skuqlundla Yurdis bundan xəbər tutdular. Həftə sonu bütün dəstə Vudini Kovnerin
xeyriyyə cəmiyyətindəki otağında gözləyirdi. Seminariyanın rektoru, müqəddəs ata
Krabbi də buradaydı. Bu vaxta kimi qanad açıb, göylərdə rahat-rahat süzən Vudi
havadaca vuruldu və od-alov içində yerə düşdü. Vudi sözünün üstündə möhkəm
dayanmışdı, elə hey təkrarlayırdı ki, heç bir günahı yoxdur. Deyirdi ki, ona böhtan
atırlar; and-aman eləyirdi ki, nə o, nə də atası missis Skuqlundun evindən heç nə
götürməyiblər; itən əşya haqqında heç nə bilmir; ola bilsin, onu harasa qoyublar,
tapandan sonra özləri də utanacaq. Toplaşanların hamısı bir-birinin ardınca Vudini
danlayıb-yamanladıqdan sonra müqəddəs ata Krabbi bəyan etdi ki, Vudi oğurluq
etdiyini boynuna almasa, onu seminariyadan qovacaqlar. Yeri gəlmişkən, onsuz da,
Vudi candərdi oxuyur. Rebekka xala onu kənara çəkib dedi:

– Fırıldaqçı, haramzada… Lap atana çəkmisən. İtil, səni bir daha buralarda
görməyim.

Məsələdən xəbər tutan atası Vudiyə dedi:
   25   26   27   28   29   30   31   32   33   34   35