Page 234 - "Xəzər"
P. 234
ƏDƏBİ MOZAİKA

Qabriel Qarsia Markesin
arxivi 2,2 milyon dollara satılıb

ABŞ-ın Texas Universiteti
kolumbiyalı məşhur yazıçı, Nobel
mükafatı laureatı Qabriel Qarsia
Markesin (1927-2014) arxivini 2,2
milyon dollara alıb.
Universitet uzun müddət məbləği açıqlamaq istəməyib. Təşkilatçılar bu
məlumatları gizli saxlayıb.
Texas Universiteti Markesin arxivini 2014-cü ilin noyabrında əldə edib.
Kolumbiya hökuməti isə, Markesin arxivinin satılmasından narazılığını bildirib.
Qeyd edək ki, yazıçı 87 yaşında Mexiko xəstəxanasında xərçəng
xəstəliyindən vəfat edib.
1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Markes
dünyaca məşhur “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub
yoxdur”, “Gözlənilən bir qətlin tarixçəsi” kimi əsərlərin müəllifidir.
   229   230   231   232   233   234   235   236   237   238   239