Page 236 - "Xəzər"
P. 236
mağa, romanı arzulanan hissədən oxumağa imkan verir. Onlayn-mütaliədə 30
saat ərzində “Anna Karenina” romanını oxuyub bitirən 700-dən çox adam iştirak
edib. Oxucu marafonu Moskva, Tula, Paris, Los-Anceles və digər şəhərlərin
meydanlarında keçirilib və “YouTube”də bir internet yayımda birləşdirilib.
“Anna Karenina”nı onlayn oxuyanlar sırasında adi internet istifadəçiləri ilə
yanaşı bir çox siyasilər, o cümlədən, Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov da var.
Helen Austis dünyasını dəyişib
“Üfüqi insan” (“The horizontal man”)
adlı əsəri ilə dünya ədəbiyyatının sevimli
macəra yazarları arasına daxil olan amerikalı
yazıçı Helen Austis vəfat edib.
“Nyu-York Tayms”dan yayılan xəbərdə
98 yaşlı yazıçının Manhettendə ailəsi ilə birgə
yaşadığı evdə vəfat etdiyi qeyd edilib. 1947-ci
ildə işıq üzü görmüş ilk kitabı ilə dövrün
nüfuzlu ədəbi mükafatlarından sayılan
“Amerikalı macəra yazarları üçün Edqar
mükafatı”nın sahibi olan yazıçının ölüm
xəbərini oğlu Adam Austis Fişer açıqlayıb.
Tanınmış ingilis riyaziyyatçı, professor Alfred Yanq Fişer ilə 1938-ci ildə ailə quran
Helen Kolumbiya Universitetinin fəxri üzvü, Smits Kollecinin Yazıçılıq kursunun
rəhbəri olub. Dünya ədəbiyyatında daha çox tərcüməçi və ədəbi tənqidçi kimi şöhrət
qazanan Helen Austis 1954-cü ildə dərc olunan “Axmaq killer” (“The fool killer”)
əsərinin ekranlaşdırılmasından sonra bir müddət ssenaristliklə də məşğul olub.