Page 237 - "Xəzər"
P. 237
Şerlok Holms haqda əlyazma tapılıb

“The Telegraph” qəzeti oxucuları
maraqlı bir faktla üz-üzə qoyub. Belə ki,
qəzetdə Şerlok Holms haqda əlyazma tapıldığı
yazılıb.

Əlyazmanı tapan 80 yaşlı tarixçinin
sözlərinə görə, yazının müəllifi Konan
Doyldur. Tarixçinin sözlərinə görə, bu
əlyazmanı öz evinin çardağında aşkar edib:
“Bu kitab, təxminən 40 və ya 50 ildir ki,
məndədir. Yəqin ki, bunu mənə hansısa dostum hədiyyə edib, çünki belə bir kitab
aldığımı xatırlamıram”.

48 səhifəlik əlyazma şəhər muzeyində saxlanılacaq.

Qeyd edək ki, Şerlok Holms obrazının prototipi tibb məktəbində oxuyarkən
Konan Doyla dərs demiş eksentrik Doktor Cozef Bell olub. Holmsun məşhur
deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyən etmək üçün istifadə
etdiyi qeyri-adi metodlardan yaranıb.

Şerlok Holmsun macəraları onun dostu Doktor Uotsonun dilindən təsvir
edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 povest və 56 kiçik hekayə çıxıb ki,
onlar da Holmsun 1878-1914-cü illərdəki fəaliyyətini əhatə edir.

Britaniyalı yazıçı vəfat edib

Britaniyalı yazıçı Fillis Doroti
Ceyms vəfat edib. O, öz kitablarını “Pi Di
Ceyms” imzası ilə yazırdı. Ceyms 94
yaşında, öz şəxsi evində – Oksfordda
vəfat edib.

Fillis 1920-ci ildə müfəttiş
ailəsində doğulub. Ailəsinin yaşadığı sosial problemlər ucbatından orta təhsilini
tamamlayandan sonra işləyib.

Ceyms kitab yazmağa 1950-ci illərdə başlayıb. Onun ilk kitabı olan “Onun
simasını gizlədin” romanı 1962-ci ildə işıq üzü görüb. Bundan başqa Fillis Doroti
   232   233   234   235   236   237   238   239   240   241