Page 235 - "Xəzər"
P. 235
Filip Levin vəfat edib

Müasir Amerika ədəbiyyatının ən tanınmış
şairlərindən Filip Levin dünyasını dəyişib. 87 yaşlı
şairin uzun müddətdir əziyyət çəkdiyi xərçəng
xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.

“Şeiri sadə amerikalıların həyatına gətirən və
sevdirən şair” kimi tanınan Filip Levin 10 yanvar 1928-
ci ildə Miçiqan ştatının Detroyt şəhərində mühacir-
yəhudi ailəsində anadan olub. Bir çox nüfuzlu
mükafatlara sahib olan Filip Levin 1995-ci ildə “Sadə
həqiqət” əsərinə görə “Pulitser” mükafatına layiq görülüb.

1991-ci ildə Beynəlxalq Kitab Müsabiqəsinin “Poeziya” (National Book
Award for Poetry) nominasiyasının qalibi olub. 2011-2012-ci illərdə ABŞ Konqres
Kitabxanası tərəfindən “Birləşmiş ştatların şairi” (Poet Laureate of the United
States) fəxri adı ilə təltif edilib.

Filip Levin 14 fevral 2015-ci ildə Kaliforniya ştatının Fresno şəhərində vəfat
edib.

“Anna Karenina” romanının onlayn-
mütaliəsi Ginnesin rekordlar kitabına düşüb

“Google” şirkətinin və Lev Tolstoyun
“Yasnaya Polyana” malikanə-muzeyinin birgə
layihəsi olan “Anna Karenina” romanının onlayn-
mütaliəsi “İnternetdə oxucu marafonunun ən
böyük auditoriyası” kateqoriyasında “Ginnes”in
rekordlar kitabına daxil edilib. Onlayn-mütaliədə
106-dan çox ölkə iştirak edib.

“Google” həmçinin “Anna Karenina”nın
internet versiyasını təqdim edib. “Karenina. Canlı
nəşr” oxucu marafonunun materialları əsasında
mətn, video, audio, sorğu informasiyasını özündə
birləşdirən və müvafiq naviqasiya sistemi ilə
təchiz edilən sayt yaradılıb. Saytdakı axtarış sistemi soyadı ilə konkret iştirakçını
   230   231   232   233   234   235   236   237   238   239   240