Page 209 - "Xəzər"
P. 209
Ordan çıxanda məni təzə bir hiss çulğadı, Davisito, duydum ki, Robinet
uzaqlaşsa da mən ona yaxınlaşmışam və evə qayıdıb öz sevimli kreslomda oturanda
birdən qəribə hiss keçirdim: atamın çəkdiyi Po şəhərinin mənzərəsinə baxırdım və
şəkildə qeyri-adi, tanış nəsə sezdim. Özümə qapılıb beləcə oturmuşdum və sanki
qəfil kimsə pıçıldadı ki, “gördüm”, Robinet ordadı və məhz orda mənim həyatıma
daxil olub və Robinet şəkillə qaynayıb qovuşdu. İndi vərəqdəki xətləri gördüyüm
qədər aydın gördüm, Davisito. Ağlım əsəbi coşqunluqla bu şəklin qəfil mənə
söyləmək istədiyi dərkolunmaza can atırdı. Davisito, mən sanki krossvorddakı
axırıncı sözün bir hərfini də tapmışdım.

Yəqin, mənim rəngim ağarmışdı, ya buna oxşar nəsə olmuşdu ki, Aurita
qorxmuş halda ayağa qalxdı, mənə yaxınlaşaraq diz üstə çöküb qışqırdı: “Allah
xatirinə, elə çəp baxma, axı mən qorxuram, səfeh!” Əslinə qalsa, Davisito,
gözlərimin çəpləşdiyindən xəbərim yoxdu, o mənim gözlərimi açdı, mənsə elə bil
harasa uçurdum, elə bil buludların arasındaydım. Ancaq bu yarıhuşsuz vəziyyətdə
də hələ Robineti şəkillə əlaqələndirirdim, onların arasında hər şeyi izah eləyən
paralellər gətirirdim.

XIX

İlahi! Yaşamaq bundan sonra mənim üçün müşkülə çevrildi, Davisito.
Robinet fikrimdən çıxmırdı. Onun lırt, üzgün sifəti həmişə gözümün qabağındaydı.
Aurita kabinetin divarından Ponun mənzərəsini götürdü, çünki mən əldən düşənə
qədər ona baxırdım. Hərarətim hər gün bir az da qalxırdı, başım çaxırdan və
yuxusuzluqdan olduğu kimi ağırlaşmışdı. İşdəki guşəmdə heç nə eləmədən saatlarla
oturub qalırdım. Yaxşı ki, Sançes mənə necəsə ürək verib kömək eləməyə çalışırdı
və süstlüyümü, demək olar, heç kim hiss eləmirdi.

Bir dəfə axşama yaxın elə bil bayğınlıq keçirdim, arxaya yıxıldım, az qaldı
başım batareyaya dəysin. Sançes məni tutub dedi: “İlahi, Lenuar, sənə nə olub?”
Cavab vermədim, ancaq heç özümü bilmirdim, Davisito, axşam işdən evə gedəndə
   204   205   206   207   208   209   210   211   212   213   214