Page 16 - "Xəzər"
P. 16
əyirdi. Dediyimiz kimi, Vudinin təhsil haqqını da bu dul qadın verir, hələ
bacılarına əyin-baş da alırdı.

Altmış yaşlı, iri cüssəli, tökmə bədənli, Amerika materializminin canlı
mücəssəməsi Vudi yumşaq kresloda oturmuşdu. Kreslonun dəri üzlüyü ona qadın
nəvazişindən də oxşayıcı gəlirdi. Yaddaşının künc-bucağından qalxan dumanlı
xatirələr onu qayğılandırır, daha doğrusu, əməlli-başlı narahat edirdi. Yada düşən
xatirələrdən gah ürəyi sancır (ürəyinə necə soxulublar, görəsən?), gah da mütəəsir
olurdu. Ağır fikirlərdən (bundan sonra baş ağrıları başlayır) alnı qırışmışdı. Onda
atasına niyə mane olmadı? Bilyardxananın qaranlıq küncündə onunla görüşməyə
niyə razı oldu?

– Missis Skuqlunda nə deyəcəksən axı?

– Qarıyamı? Qorxma, deməyə sözüm var, özü də, deyəcəklərimin hamısı
həqiqət olacaq. Məsələn, bəyəm mən öz kimyəvi təmizləmə kontorumu xilas etmək
istəmirəm? Məgər gələn həftə məhkəmə icraçıları avadanlığı siyahıya almağa
gəlməyəcəklər?

Tramvay Vestern-avenyu ilə yavaş-yavaş irəliləyir, atası isə özünün müdafiə
nitqini cilalayırdı. O, Vudinin sağlam, gümrah görünüşünə bel bağlayırdı. Kənardan
belə xoş təsir bağışlayan oğlan uşağı – hiyləgər dələduz üçün əsl tapıntıdır.

Maraqlıdır, görəsən, Çikaqoda əvvəlki kimi çovğun-boran olurmu? İndi, elə
bil, az-az çovğun olur. Əvvəllər Arktikadan, Ontariodan baş alıb gələn çovğun gün
ərzində metr yarıma çatan qar təpəcəikləri əmələ gətirirdi. Onda tramvay yolunu
qardan təmizləmək üçün hər iki tərəfində fırlanan şotkalar olan yaşıl platformalar
depodan çıxırdı.

Bir-birinin ardınca düzülmüş on iki tramvay yavaş-yavaş evlərin arasıyla
irəliləyirdi.

Riveryu-parkın yanında ilişdilər, tramvay bir müddət irəliləyə bilmədi.
Parkdakı bütün attraksionları yeni mövsümə qədər bağlamışdılar. “Rus təpəciyi”,
“şeytan çarxı”, yelləncəklər, karusellər – sazlayıcı Buyak kimi maşınlardan yaxşı
   11   12   13   14   15   16   17   18   19   20   21