Page 15 - "Xəzər"
P. 15
– Niyə apara bilmirsən? Oğlum deyilsən? Mən sənin atanam, ya yox? Bəs
Qalinanı hara qoyaq? O, mənə görə öz həyatıyla oynayır, amma öz doğmaca oğlum,
gör, mənə nə deyir?
– Əşşi, Buyak ona heç nə eləyən deyil.
– Vudi, Buyak onu döyüb öldürəcək.
Buyak, az qala, kombinezon rəngində boz-bulanıq dərisi, gödək ayaqları
olan bir adamdı. Olan-qalan gücü qüvvətli əzələlərində və qaralmış fəhlə
barmaqlarındaydı. Yazığın, məzlumun birisiydi. Ancaq Vudinin atasının
sözlərindən belə çıxırdı ki, Buyakın qəzəb və hiddət yuvası olan sısqa sinəsi körük
kimi guruldayıb, adamı vahiməyə salır. Buyak isə dava-qovğa adamı deyildi. Əslinə
qalsa, Buyak qoxurdu ki, Morrislə Qalina birləşib, onu vəhşi kimi döyə bilərlər.
Ancaq Vudinin atası başkəsən deyildi. Elə Qalinanın özü də yumşaq təbiətli qadın
idi. Banklar bir-birinin ardınca iflasa uğradığı üçün Buyak qənaət edib topladığı
pullarını zirzəmidə saxlayırdı. Ona neyləyə bilərdilər ki, uzağı pullarının bir
hissəsini borc alıb, sonra qaytarmağa söz verəcəkdilər. Vudinin müşahidəsinə görə,
Buyak ağıllı iş görürdü. O, öz taleyilə barışmışdı, Qalinadan istəyi yalnız o idi ki,
biş-düş eləsin, evi yığışdırsın və ona bir az hörmətlə yanaşsın, vəssalam. Ancaq
oğurluğu görən gözü yoxuydu: pul – ayrı məsələdir, hər şeyin başında pul gəlir. Əgər
onlar, doğrudan da, Buyakın pullarını götürüblərsə, bu onu özündən çıxara bilər.
Buyak pula və öz heysiyyətinə həssas yanaşdığına görə, əlindən xəta da çıxa bilərdi.
Ancaq Vudi bukmekerin də, pəzəvəngin də, icazəsiz götürülmüş pulların da
uydurma olduğunu güman edirdi. Özündən belə şeylər toqquşdurmaq atasının köhnə
şakəriydi, odur ki, ona yalnız axmaq inanardı. Morris bilirdi ki, arvadıyla Rebekka
xala onun nə qədər yaramaz adam olduğunu missis Skuqlunda çoxdan çatdırıblar.
Onu elə sözlərlə, elə boyalarla təsvir ediblər ki, bunlardan lap reklam lövhəsi çəkmək
olar: günahları – qırmızı, qəlbi – qara, irəlidə onu gözləyən cəhənnəm odu – atəş
girdabı. Üstəlik, narkoman, əyyaş, pis ailə başçısı, pozğun, allahsız… Nə isə, atası
missis Skuqlunda ağız açmaq fikrinə düşmüşdü və bu, hamının işinə pəl vurmaq
deməkdi. Axı doktor Kovnerin istismar xərclərini Skuqlundun südçülük təsərrüfatı