Page 203 - "Xəzər"
P. 203
–Bu evdə nə vaxtsa səliqə-sahman olacaq?
–Nə mənada səliqə-sahman?
–Səliqə-sahman barədə!
–Ay, əzizim! Tələsməsən işə gecikəcəksən, – o, cavab verdi.
Bu sözüylə o məni tərk-silah elədi, Davisito, ona yaxınlaşıb qucaqladım,
öpdüm, üzr istədim, o isə astadan dedi: “Yana çəkilim, uzan, istəyirsən?” Və yana
çəkilib pıçıldadı: “Başında bir belə qarışıqlıq olması sənin üçün azdı?” və mən onu
qucaqlayıb sığalladım, öpdüm. Əynində evləndiyimiz gecə geyindiyi krujevalı
həmin gözəl köynəkdi. Biz onu bir də təzələdik.

XVI

Çox gecikmişdim, qol çəkdiyimiz vərəqi apardıqlarından qapıçı qadının
yanına gedib dedim:

–Nə vaxta qədər bizimlə məktəbli kimi davranacaqlar?
–Bunu direktordan soruşun, – o, cavab verdi.
–Mənim direktora deyiləsi sözüm yoxdu.
–Yaxşı.
–Nə? – əsəbi halda soruşdum.
–Heç nə, – o dedi.
–Məsələ elə ondadır da! – dedim.
Ürəyimə baxıb özümü tanımadım, Davisito. Və fikirləşdim: “Bütün bunların
günahı Robinetdədi”. Sançesin mənim hərəkətlərimə mat qaldığını görüb ona
yaxınlaşdım.
–Enrike, nəsə lazımdı?
–Yox, nə olub?
   198   199   200   201   202   203   204   205   206   207   208