Page 204 - "Xəzər"
P. 204
–Gözünü çəkmədən mənə o qədər baxdın ki, dedim, yəqin, nəsə istəyirsən.

–Heç nə istəmirəm, sağ ol.

Ürəyim elə bil peysərimdəki şişdə döyünürdü, alnım alışıb yanırdı.

–Mən gedirəm, bu gün işləmək istəmirəm, – dedim.

Yəqin, bunu çox hündürdən dedim, çünki hamı başını qaldırıb heyrətlə
baxdı. Sançes mənə yaxınlaşıb canıyananlıqla dedi:

–Sənə nə olub, ağılsızlıq eləmə.

–Ağılsızlıq-zad eləmirəm, Enrike. Bu gün işləməyə həvəsim yoxdu.

Gedəndə inspektor qarşıma çıxdı, mən dayanmayıb ona çatanda dedim:

–Hələlik.

Davisito, and içirəm ki, bunu əvvəlcədən fikirləşməmişdim, sadəcə, hər şey
necə olmalıydısa, elə də oldu və artıq küçədə düşündüm: “Hər səhər əlüzyuyanın
axarını deşib açmasaydım, ya direktor gecikməyə görə qol çəkməyi ləğv eləsəydi,
görən, mən xoşbəxt olardımmı?” Dərhal da Robinet haqqında fikirləşib öz-özümə
dedim: “Atam, anam, ya Davisito Robinet haqqında hər şeyi mənə izah eləyərdilər.
Ancaq onların heç biri yoxdu. Çətinlik də bax elə bundadı”.

Kafeyə girib bir stəkan çaxır içdim, sonra yağlıbaş barmenin zirzəmisinin
ətrafındakı dar küçələri dolaşdım. Sonra mərkəzə qayıdıb başqa barda bir stəkan da
çaxır içdim. Tədricən özümü günahkar və hamı tərəfindən atılmış hiss eləməyə
başladım, cürbəcür fikirlər fırlanan başım isə od tutub yanırdı. Bütün bunlardan
başım hərləndi və mədəm qazındı. Qəribə şeydi, Davisito, bütün hisslərim özünü
qarnımda hiss elətdirir. Görünür, qəbizlik mənim zəif yerimdi. Bir sözlə, özüm də
istəmədən bir də gördüm bankdayam və hamının üzündə əylənəcəklərinə nəsə bir
ümid olduğunu sezdim. Ancaq mən birbaşa inspektorun kabinetinə getdim və
Auritadan, qanqlidən, hərarətimdən, dünyaya gələcəyini gözlədiyimiz körpədən və
bütün bunların ucbatından məni bürüyən təşvişdən danışdım, əlini tutub peysərimə
apardım, o isə dedi: “Hə-ə, doğrudan da, nəsə var”; sonra əlini alnıma apardım, o,
çaşqın halda dedi: “Ola bilsin, azca hərarətin var”. Mən dedim: “Bəlkə də yüksəkdi,
   199   200   201   202   203   204   205   206   207   208   209